12px13px15px17px
Tarix:04/09/15

Avropada hər dördüncü “Android” istifadəçisi “iPhone”dan istifadəyə başlayıb

“Kantar” analitikləri müxtəlif bazarlarda mobil əməliyyat sistemlərinin pay bölgüsü ilə bağlı növbəti tədqiqat dərc ediblər. Hesabata əsasən, son rübdə Avropada “Android” istifadəçilərinin 27 faizi “iPhone” smartfonundan istifadəyə keçib. ABŞ-da bu göstərici 9 faiz təşkil edib.
 
Avropanın smartfon bazarını araşdırdıqda məlum olur ki, “Android” platforması mövqeyini sürətlə itirir. Böyük Britaniyada sözügedən platformanın payı 58,1-dən 54,4 faizədək, Fransada 75-dən 69,9 faizədək və Almaniyada 82,4-dən 73,7 faizədək azalıb. Eyni zamanda İngiltərədə “iOS” mobil platformasının payı 14,3-dən 17 faizədək, Fransada 29-dan 32,7 faizədək, Almaniyada 9,5-dən 15,2 faizədək yüksəlib.
 
Çin, Avstraliya və Yaponiyada “Android” sistemi həmçinin mövqeyini itirib. Avstraliyada sözügedən platformanın payı 10,5 faiz azalıb.
 
Yapon və ispan bazarlarından başqa bütün bazarlarda “Windows Phone” əsaslı smartfonlar “Android” qurğuları sıxışdırır. Məsələn, İtaliyada vinfonların payı 14,5, Böyük Britaniyada 12, Fransada 12,6, Almaniyada 10,1 faizədək yüksəlib. İspaniya və Yaponiyada “WP” smartfonlar əvvəlki kimi populyar deyil.
 
Emil Hüseynov



Baxış sayı: 490

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024