12px13px15px17px
Tarix:04/09/15

Kənd təsərrüfatı sahəsində Vahid Elektron Xidmətlər Sistemi hazırlanacaq

Azərbaycanda kənd təsərrüfatı sahəsində Vahid Elektron Xidmətlər Sistemi hazırlanacaq. "ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Kənd Təsərrüfati Nazirliyinin (KTN) rəsmi internet səhifəsində bildiriş yerləşdirilib.

Bildirişə görə, adıçəkilən nazirlik “Lisenziyaların reyestri”, “Elektron xidmətlər” alt sistemləri və “Elektron xidmətlər portalı”nı özündə birləşdirən Vahid Elektron Xidmətlər Sisteminin hazırlanması məqsədilə iş və xidmətlərin təkliflər sorğusu üsulu ilə satınalınmasını nəzərdə tutur.
 
 
KTN elektronlaşdırma ilə məşğul olan maraqlı təşkilatlara müraciət edərək bildirir ki, öz təklifləri ilə nazirliyə müraciət edə bilərlər.
 
 
Bunun üçün (012) 493-08-84 nömrəsi və ya l.mammadov@agro.gov.az elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlamaq mümkündür.
 
 
 
 Nazirlik bildirir ki, satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaqdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan mallar, iş və xidmətlərin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə alınmaqla göstərilməlidir.
 
 
Yerinə yetiriləcək iş və xidmətlər əsas şərtlər toplusundakı bütün tələblərə cavab verməlidir.
 
 
Təkliflər qapalı zərfdə, imzalanıb möhürlənərək 14 sentyabr 2015-ci il tarixində saat 16:00-a qədər Ü.Hacıbəyli küç. 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 755 ünvanına təqdim olunmalıdır.
 
 
 Qiymət təklifləri 14 sentyabr 2015-ci il tarixində saat 17:00-da Ü.Hacıbəyli küç. 80, Hökumət Evi, 7-ci mərtəbə, otaq 722 ünvanında açılacaqdır.
 
 
 
SEYMUR



Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024