12px13px15px17px
Tarix:04/09/15

Azərbaycanda “Uşaqların internet təhlükəsizliyi” mövzusunda xüsusi layihə hazırlanır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən “Uşaqların internet təhlükəsizliyi” mövzusunda xüsusi layihə hazırlanır.
 
Bu barədə "ICTnews” elektron xəbər xidmətinə adıçəkilən komitədən məlumat verilib. Komitədən bildirilib ki, layihə özündə İKT-nin zərərli təsirlərindən uşaqları mümkün qədər güclü mühafizə etməsini və internetdən düzgün istifadənin təmin olunmasını ehtiva edir.
 
 
Komitədə hesab edirlər ki, bəzi insanların özlərindən asılı olmayaraq işləri ilə əlaqədar, bəzilərinin isə sadəcə əylənmək məqsədilə internetdən çox istifadə etmələri və bununla əlaqədar vaxtlarının böyük hissəsini kompüter qarşısında keçirmələri uşaqlarda müəyyən izlər buraxır. Belə insanların uşaqlarının sağlamlığında, ailəsində, məktəbində və ya işində problemlər əmələ gəlir. Xüsusən, yeniyetmə və gənc nəslin nümayəndələri arasında müşahidə olunan belə mənfi cəhətlər internetdən düzgün istifadə olunmamağının nəticəsidir. “Əlbəttə, uşaqların zehni inkişafı, təhsil və asudə vaxtlarının effektiv keçirilməsində informasiya texnologiyalarında gözəl imkanlar var. Lakin bu müsbət tərəflərlə yanaşı İKT-nin zərərli təsirləri mövcuddur ki, uşaqların şəxsiyyətinin düzgün formalaşmasına mənfi təsir göstərir. Buna görə də uşaq siyasətinin formalaşmasında elektron təhlükəsizliyin təmin edilməsi vacibdir” – deyə komitədən qeyd edilib.
 
 
 
AQUPDK-dan o da bildirilib ki, komitə bu istiqamətdə mütəmadi olaraq valideynlərin maarifləndirilməsi və onlar tərəfindən bu məsələyə nəzarətin gücləndirilməsi məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə müzakirələr təşkil edir, bukletlər  çap olunaraq paylayır, sosial çarxlar hazırlanaraq nümayişi təmin edilir. Həmçinin bu sahədə beynəlxalq təcrübə ətraflı öyrənilib və problemin həlli yolları araşdırılıb.
 
Komitədə hesab edirlər ki, uşaqların internetdən kortəbii istifadəsinin qarşısının alınması üçün ilk növbədə internet klubların fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində proqramların, təlimatların hazırlanması vacibdir.
 
 
Seymur Qasımbəyli
 
 



Baxış sayı: 357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 İyun 2020

05 06 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si