12px13px15px17px
Tarix:07/09/15

Telefonunuz sizin darıxdığınızı hiss edəcək

Barselonadan olan tədqiqatçılar qrupunun hazırladığı alqoritm istifadəçilərin smartfondan hansı tezliklə istifadə etməsindən asılı olaraq onların sıxıntısının səviyyəsini müəyyənləşdirir. Alqoritm son zəng və ya SMS mesajın qəbulundan ötmüş vaxt daxil olmaqla bir sıra amilləri nəzərə alır.


«ICTnews.az» saytı «hi-news.ru» saytına istiunadən yazır ki, tədqiqatda iştirak edənlərin smartfonlarında quraşdırılmış xüsusi mobil proqram cihazlardan istifadə tezliyinə nəzarət edib. Tədqiqatçılar toplanılmış məlumatlardan ikinci mobil proqramın hazırlanmasında istifadə ediblər. İstifadəçi darıxdıqda ikinci mobil proqram ona əyləncəli məqalə oxumağı təklif edib. Darıxmış istifadəçilər məşğul həmkarları ilə müqayisədə daha çox məqaləyə müraciət ediblər.


Tədqiqatçılar alqoritmin dəqiqliyini yaxşılaşdırmaq üçün onun üzərində  işi davam etdirməyə hazırlaşırlar. Komanda gələn həftə Yaponiyada keçiriləcək «UbiComp» konfransında öz tədqiqatının nəticələrini təqdim etməyə hazırlaşır.


Emil Hüseynov



Baxış sayı: 505

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024