12px13px15px17px
Tarix:08/09/15

Analitik Ekspertiza Mərkəzinin direktoru: “Dövlət qeydiyyatına alınmış dərman vasitələri haqqında məlumatı yalnız rəsmi saytdan əldə edə bilərsiniz”

“Təsiredici maddə haqqında məlumat (Beynəlxalq Patentləşdirilməmiş Adla) ticarət adı ilə bərabər dərman vasitəsinin qutusu üzərində qeyd olunur. Həkim və pasient alternativ dərman vasitələri barədə məlumatları bizim rəsmi internet saytımız olan “www.pharma.az” saytından və 012 596-07-12 nömrəli “qaynar xətt” vasitəsilə ala bilərlər”.
 
Bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev qeyd edib ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı dörd min beş yüzdən artıqdır. Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Azərbaycan Respublikasının Tarif (qiymət) şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq:
 
 “Keyfiyyətin yeganə zəmanəti - dövlət qeydiyyatıdır. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri haqqında məlumatı bizim Mərkəzin rəsmi saytında əldə edə bilərsiniz”.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024