12px13px15px17px
Tarix:09/09/15

Daha bir ali məktəbdə vahid elektron idarəetmə platforması olan EDUMAN sisteminin istifadəsinə başlanılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vahid elektron idarəetmə platforması olan EDUMAN sisteminin istifadəsinə başlanılıb.
 
Tədris prosesində müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması mümkün olacaq.
 
Universitetindən qeyd edilib ki, sistemin tətbiqi ilə əlaqədar Uçot-iqtisad və Maliyyə fakültələrinin müəllimləri üçün təşkil olunan təlimlərdə elektron tribuna, müəllimlərin şəxsi kabineti, elektron jurnal, sərbəst işlərin elektron qaydada qəbulu və digər mövzular haqqında məlumat verilib.
 
Təlimlərin ilk günündə 110 müəllim iştirak edib. Növbəti günlərdə daha 150 müəllimin təlimlərdə iştirakı planlaşdırılır.
 
 
Qeyd edək ki, Təhsilin Vahid İdarəetmə Sistemi təhsil müəssisələrinin (məktəb, universitet, təlim mərkəzləri) vahid informasiya mühitinin yaradılması üçün nəzərdə tutulub. Sistem ayrı - ayrı biznes proseslərini avtomatlaşdırır, o tədris prosesinin təşkili və həyata keçirilməsi zamanı istifadəçilərin informasiya mənbəyi funksiyasını yerinə yetirir. Bütün ali təhsil müəssisəsinin vahid sistemə birləşdirilməsi, hər bir fəaliyyətin işıqlandırılması, tələbələrin yoxlanılması və monitorinqinin aparılması, o cümlədən vahid informasiya üzrə məlumat bazasının yaradılması üçün vahid sisteminin yaradılmasıdır. Bu sistem tədris prosesinin bütün iştirakçılarını: tələbələri, müəllimləri, rəhbərliyi əhatə edəcək. Sistem öz hüquqlarına əsasən istifadəçilərə lazım olan informasiyanı və müəyyən xidmətləri təqdim etməlidir.
 
Sistemin mühüm xüsusiyyəti istənilən kompüterdən həm daxili şəbəkə vasitəsi ilə, həm də İnternet şəbəkəsi vasitəsi ilə məlumatların ötürülməsi imkanıdır. Sistem tam olaraq bütün təhsil müəssisəsində (məktəb, universitet, təlim mərkəzləri) olan prosesləri əhatə edir. Dərs cədvəllərinin qurulmasından başlayaraq bütün müəllimlərə aid olan planları (Mövzu – təqvim planı, gündəlik plan, fərdi plan) tələbələrin tam elektron formada qiymətləndirilməsini, və yekun qiymətlərin çıxarılmasını təmin edir, müxtəlif sayda həm əməkdaşların və müəllimlərin, həmdə tələbələrin şəxsi kartlarının saxlanılmasını nəzərdə tutur.
 
 
Təşkilati strukturda aparılan düzəlişlər vasitəsi ilə təhsil müəssisəsində (məktəb, universitet, təlim mərkəzi)  müxtəlif sayda sinif yaxud şöbə, korpus və digər struktur vahidlərinin əlavə edilməsinə imkan yaradır.
 
Müxətilf sayda və növdə hesabatların hazırlanmasını və onların MS OFFICE proqramı ilə inteqrasiyasını təmin edir. Ümumilikdə sistem təhsil müəssisəsinin (məktəb, universitet, təlim mərkəzi)  bütün proseslərinin yeqanə və istifadədə asan bir sistemə keçirilməsini təmin edir.
 
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024