12px13px15px17px
Tarix:10/09/15

2015-ci ildə dünya şirkətləri məlumat sızmasına görə 36,9 milyard dollar itirib

“Gemalto” informasiya təhlükəsizliyi şirkəti tədqiqat apararaq cari ilin birinci rübündə dünya şirkətlərində məlumat sızmasının sayının 10 faiz - 888 insidentədək artdığını müəyyənləşdirib.

Şirkət ekspertlərinin fikrincə, belə yüksək göstəricinin səbəbini məlumatların müasir olmayan mühafizə üsullarında axtarmaq lazımdır.
 
“Breach Level Index” hesabatına görə, 2015-ci ilin birinci rübündə dünyada 888 informasiya sızması baş verib ki, bunun da nəticəsində 245,5 milyon məlumat itirilib. Müəssisələrə dəyən ziyanın məbləği 36,9 milyard dollar təşkil edib. Mütəxəssislərin sözlərinə görə, itirilən məlumatların 82 faizi 10 ciddi sızmanın payına düşür.
 
Hesabat dövründə daha çox itki ilə ABŞ-ın "Anthem Insurance” tibbi sığorta şirkəti üzləşib. Belə ki, müdaxilə nəticəsində şirkətin təxminən 78,8 milyon müştərisinə ziyan dəyib.
 
“Gemalto” mütəxəssislərinin qənaətinə görə, sızmalara səbəb adətən informasiya mühafizəsinin köhnəlmiş strategiyası olur. Ekspertlər şirkətləri korporativ informasiyadan istifadəyə, istifadəçilərin autentifikasiyasına, bütün məxfi məlumatların şifrlənməsinə və şifrləmə açarlarının saxlanılmasına daha çox diqqət yetirməyə çağırırlar, - "SecurityLab” yazır.



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024