12px13px15px17px
Tarix:10/09/15

“Koçsistem” ölkəmizdə yeni layihələr reallaşdıracaq

Bu gün "Koçsistem-Azərbaycan" şirkəti tərəfindən "Telekommunikasiya sektorunda informasiya texnologiyaları həlləri" mövzusunda mətbuat konfransı keçirilib.
 
Şirkətin  direktoru Əli Kutvan əvvəlcə təmsil etdiyi şirkətin "texnologiyada 70 illik təcrübə"sindən danışaraq  bildirib ki, İT sektorunda şirkətlərin uzun müddət fəaliyyət göstərməsi onların bazarın tələblərinə uyğun işləməsi və yenilikçi olması ilə əlaqədardır. Heç də bütün İKT şirkətlərinin dayanıqlı olmadığını önə çəkən Ə.Kutvanın sözlərinə görə, dünyada yaradılan İT  firmaların böyük əksəriyyəti bir neçə müddətdən sonra bağlanılır:
 
 "Bütün dünya üzrə İT sistemi o qədər sürətli şəkildə dəyişir ki, onun təsiri altında İT şirkətlərinin ömrü qısalır. Əgər biz dünya təcrübəsinə nəzər yetirsək görərik ki, İKT şirkətlərinin əksəriyyətinin ömrü 5 ili keçmir. Məsələn, Türkiyədə yaradılan İKT şirkətlərinin 80 faizi 5 illik müddəti aşa bilməyib. Almaniyada bir İT şirkətinin orta ömrü 17-20, digər Avropa ölkələrində isə 30-40 ildir. Ancaq "Koçsistem" şirkəti özünün 70 illik fəaliyyəti ilə müştərilərimizin etibarını qazanıb. Biz 70 illik bir inkişaf yolu keçmişik. Bu müddətdə də yaşamağımız yalnız müştəriyə dəyər verməyimizdən və bazarın tələblərini qarşılamağımızdan asılı olub".
 
"Koçsistem"in Azərbaycanla əlaqədar böyük planlarının və layihələrinin olduğunu qeyd edən Ə.Kutvan deyib ki, qardaş ölkənin qlobal aləmdə İT üzrə apardığı rəqabətə töhfə vermək  istəyirlər.  Bu istiqamətdə həm ölkə daxili , həm də xarici üçün İT məhsullar hazırlamaq istədiklərini vurğulayan Kutvanın sözlərinə görə, yaxın zamanlarda layihələrin icrasına başlayacaqlar.
 
Daha sonra "Koçsistem" şirkətinin satış meneceri Görkəm Gökcə təmsil etdiyi şirkətin Azərbaycanda 3 ildir ki fəaliyyət göstərdiyini önə çəkib. Bu müddət ərzində bir çox uğurların əldə olunduğunu vurğulayan satış meneceri qarşıdakı illərdə də İT sektorunda böyük nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib. O bildirib ki, Azərbaycanın İKT sektoru inkişaf etdikcə şirkətlərin fəaliyyətində də genişlənmələr, uğurlar çoxalır.
 
 
70 il ərzində "Koçsistem"in həyata keçirdiyi iri layihələrdən danışan G.Gökcə şirkətin 2001-ci ildə Ankarada, 2014-cü ildə isə İstanbulda Data Mərkəz qurduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Türkiyədə həyata keçirilən bütün İKT layihələrində "Koçsistem"in böyük paya sahib olduğunu deyən satış meneceri qardaş ölkənin bank, təhlükəsizlik və sair sahələrdə həllər tətbiq etdiklərini bildirib. Təmsil etdiyi şirkətin yeni həllər üzərində işlədiyini önə çəkən satış meneceri əlavə edib ki, onların bazara etdikləri təkliflər arasında bulud texnologiyalar və bu sahədə təqdim edilən xidmətlər də var.   
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti