12px13px15px17px
Tarix:11/09/15

Mobil şəbəkələr üçün infrastruktur bazarının həcmi 2 faiz artıb

Bu ilin ikinci rübündə makrosotların (1-35 km radiuslu ərazini əhatə edən mobil rabitə şəbəkəsi zonası) qurulması üçün dünya baza stansiyaları bazarının həcmi illik və rüblük hesablamada 2 faiz artaraq 11,4 milyard dollar təşkil edib. Bu barədə "IHS Infonetics" analitik şirkətinin hesabatında deyilir.  
 
Analitiklər qeyd edirlər ki, bazarın həcminin artmasına EMEA (Avropa, Yaxın Şərq, Afrika) regionunda "3G WCDMA" şəbəkələrinin qurulması üzrə layihələrin istifadəyə verilməsi və Çin operatorlarının "LTE" şəbəkələrinin işə salınmasında aktivliyi xidmət edib.
 
Ekspertlərin hesablamasına görə, 2015-ci ilin aprel-iyununda telekommunikasiya şirkətlərinin "LTE" avadanlığına xərcləri bir il əvvəlki göstərici ilə müqayisədə 10 faiz yüksəlib, lakin cari ilin üç ayına nisbətdə minimal 1 faizlik artım qeydə alınıb.
 
"IHS Infonetics" şirkətinin proqnozuna görə, 2015-ci ildə "LTE" bazarının həcmi rekord 23 milyard dollara çatacaq və bundan sonra dördüncü nəsil şəbəkələrinin əksər ölkələrdə istifadəyə verilməsi səbəbindən azalmağa başlayacaq.
 
Cari ilin iyunun sonunadək dünyada 422 kommersiya "LTE" şəbəkəsi fəaliyyət göstərib.
 
Analitiklər "LTE" rabitəsi üçün iri avadanlıq istehsalçıları kimi "Ericsson" və "Huawei" şirkətlərini qeyd edirlər. Şirkətlərin hər biri bu ilin dördüncü rübündə bazarda 20 faizlik paya sahib olub, - "DailyComm" yazır.



Baxış sayı: 400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020