12px13px15px17px
Tarix:11/09/15

Vahid Qurbanlı: “Universitetlərdə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqları onlayn rejimdə “Hökumət Ödəniş Portalı” sistemində qəbul olunacaq”

“Təhsil Nazirliyi ilə aparılan təşkilatı işlər – portala inteqrasiya bir ay ərzində başa çatacaq. Bütün universitetlərdə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqları onlayn rejimdə “Hökumət Ödəniş Portalı” sistemində qəbul olunacaq”
 
 
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı bu haqda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən “Elektron hökumət” bülleteninin növbəti sayına həsr olunmuş brifinqdə məlumat verib.
 
Onun sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən 4 kommunal təşkilatı, 12 dövlət orqanı, 6 mobil və stasionar telefon operatorları “Hökumət Ödəniş Portalı”na qoşulub: “Bu təşkilatlar üzrə 300-dən çox xidmət üzrə ödəniş qəbul olunur. “Azərpoçt” və 41 bankın 2 mindən çox ödəniş məntəqəsində onlayn rejimdə ödənişlər qəbul olunur”.
 
 
“Hökumət Ödəniş Portalı” haqda çox az məlumatın olduğunu deyən V.Qurbanlı layihə çərçivəsində indiyə qədər həyata keçirilən işlərdən danışıb. Qeyd edilib ki, Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) 2008-ci ildən müvəffəqiyyətlə işləyir və hal-hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir. Milli Ödəniş Sistemi infrastrukturunun növbəti inkişaf mərhələsində dövlət büdcəsinə ödənişlərin bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması, modern və çevik idarəetmənin təmin edilməsi üçün dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində, elektron formada ödənilməsinin təmin edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən xüsusi bir layihə həyata keçirilib və KÖMİS-in bazasında “Hökumət Ödəniş Portalı” (HÖP) yaradılıb.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1773

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024