12px13px15px17px
Tarix:12/09/15

“Bulud” texnologiyaları infrastrukturu bazarının lideri məlum olub

"HP" şirkəti sürətlə inkişaf edən "bulud" texnologiyaları infrastrukturunun qurulması və dəstəklənməsi üçün həllər bazarının lideri olub. Bu barədə "Synergy Research Group" şirkətinin hesabatında deyilir.
 
Analitiklərin hesablamalarına görə, 2015-ci ilin ikinci rübündə ümumi və özəl "bulud" servislərinin işə salınması üçün nəzərdə tutulan avadanlıq və proqram təminatının satışı 16 milyard dollara çatıb ki, bu da bir il əvvəldən 25 faiz çoxdur.
 
Bu həcmdə "HP"-nin payı 13 faiz təşkil edib. Uzun illərdir liderlik edən "Cisco Systems" şirkətinin payı isə 12,5 faiz olub. Sonrakı yerlərdə "Microsoft", "Dell", "IBM", "EMC", "VMware", "Lenovo" və "Oracle" şirkətləri qərarlaşıb.  
 
"HP" şirkətinin "bulud" infrastrukturu istehsalçıları arasında birinci yerə çıxmasını ekspertlər ABŞ istehsalçısının serverlər bazarında birinciliyi və disk saxlanclarının yaxşı satılması ilə əlaqələndirirlər. "Cisco" şəbəkə avadanlığının satış həcminə görə birinci olaraq qalır, eləcə də server sahəsində öz mövqeyini sürətlə möhkəmləndirir. "Microsoft" korporasiyası server əməliyyat sistemləri və virtuallaşdırma bazarında uğurları sayəsində liderlər üçlüyündə yer alıb.
 
Serverlər, proqram platformalar, məlumat saxlama sistemləri və şəbəkə avadanlıqları qlobal "bulud" infrastrukturu bazarının 89 faizini təşkil edir.
 
Ümumi "bulud" infrastrukturu üçün aparat və proqram təminatının satışına görə "Cisco" şirkəti liderdir, "HP" isə özəl "bulud" infrastrukturu seqmentində birincidir, - "3DNews" yazır.



Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024