12px13px15px17px
Tarix:12/09/15

“Microsoft” 13 ildə ilk dəfə şirkətin prezidentini təyin edib

“Bloomberg”nəşri yazır ki, “Microsoft” baş hüquq məsləhətçisi Bred Smiti hüquqi məsələlər üzrə prezident və əsas direktor vəzifəsinə təyin edib. Bu haqda “Microsoft” şirkətinin baş icraçı direktor Satya Nadella məlumat verib.
 
Məlumat üçün bildirək ki, hazırda “Windows 10” əməliyyat sistemi (ƏS) populyarlığına görə beşincidir və 6,93 faiz istifadəçinin kompüterinə quraşdırılıb, bu halda sentyabrın ilk həftəsində sözügedən platformanın bazar payı 1,5 faiz yüksəlib. “Windows 7” sisteminin bazar payı 52,57 faiz, “Windows 8.1” sistemində 13,54 faiz; “Windows XP”-də 9,48 faiz təşkil edir. “Apple” şirkətinin “Mac OS X” əməliyyat sistemi 8,44 faiz istifadəçinin kompüterinə quraşdırılıb.
 
“Microsoft” 2017-ci ilə “Windows 10” əməliyyat sistemi ilə işləyən kompüterlərin sayını 1 milyardadək artırmağı planlaşdırır. Hazırda yeni ƏS-i 75 milyon qurğuya quraşdırılıb.
 
Emil Hüseynov
 



Baxış sayı: 708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024