12px13px15px17px
Tarix:14/09/15

«WhatsApp» messencerində aşkarlanmış boşluq 6 gün ərzində aradan qaldırılmayıb

Kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış «Check Point» şirkəti öz bloqunda «WhatsApp» messencerinin veb versiyasında kritik boşluq aşkar etdiyi haqda məlumat verib. Sözügedən şirkətin nümayəndələri bildirib ki, xidmətin tərtibatçıları 6 gün ərzində bu boşluğu aradan qaldıra bilməyiblər.
 
 
«Check Point» şirkətinin əməkdaşlarının aşkar etdiyi üsulun köməkliyi ilə kibercinayətkar qurbanın kompüterində istənilən kodu icra edə bilərlər. Bunun üçün yalnız qurbanın telefon nömrəsini bilmək kifayətdir.
 
 
Məlum olub ki, «WhatsApp» messencerinin veb versiyasında kontakt kartına kənar kod tətbiq etmək imkanı olub. Əgər istifadəçi ona göndərilmiş kontakt kartını yadda saxlasa, o zaman kod qurbanın kompüterində işə düşəcək.
 
 
Bu boşluqdan zərərçəkmiş istifadəçilərin sayı açıqlanmayıb.
 
 
Emil Hüseynov
 



Baxış sayı: 676

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024