12px13px15px17px
Tarix:14/09/15

ABŞ və Çin kibertəhlükəsizliyi müzakirə edib

Vaşinqtonda ABŞ və Çin nümayəndələri arasında kibertəhlükəsizlik məsələlərinin müzakirəsi ilə bağlı görüş keçirilib. Bu barədə Ağ Evin bəyanatında deyilir.
 
Çin tərəfini Çin Kommunist Partiyasının Mərkəzi siyasi-hüquqi komissiyasının katibi Men Tsyançju təmsil edib. Onun Vaşinqton görüşü Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tzinpinin ABŞ-a gözlənilən səfərindən əvvəl baş tutub.
 
M.Tsyançju ABŞ daxili təhlükəsizlik naziri Cem Conson, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komi və digər rəsmi şəxslərlə görüşüb.
 
“M.Tsyançju” həmçinin prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syuzan Rays tərəfindən qəbul edilib. Görüş zamanı tərəflər kibertəhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb”, - Ağ Evin bəyanatında qeyd olunur, - “Qazeta” yazır.



Baxış sayı: 528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024