12px13px15px17px
Tarix:14/09/15

“Femmes Digitales” Klubu yeni kampaniyaya start verir

“Femmes Digitales” Klubu sentyabrın 20-də üzvləri və üzv olmaq istəyənləri üçün İKT Qadınlarının Yay Düşərgəsini keçirəcək.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, tədbirin məqsədi ölkədə İKT sektorunda qadınların məşğulluq səviyyəsinə dair məlumat almaq, bu sahədə mövcud olan əsas maneələri və bu sektorda çalışan qadınların sayının az olmasının səbəblərini müəyyən etmək və İKT sektorunda qadınların çəkisinin artırılması yollarını araşdırmaqdır.
 
Avropa Komissiyasının qiymətləndirməsinə əsasən, İKT sektorunda kişilərin sayı qədər də qadın çalışsaydı, Avropanın ümumi daxili məhsulunun həcmi hər il 9 mlrd. avro dəyərində arta bilər. 

Tədbir çərçivəsində İKT sahəsində necə işə düzəlmək və karyeranı necə inkişaf etdirməyə dair mövzular müzakirə ediləcək.

Azərbaycanda qızların nədən məhz İKT ixtisaslarını seçməsi, sektorda qadınların sayının azlığının əsas səbəbləri haqda məlumatlar veriləcək.
 
Ölkənin qabaqcıl təşkilatlarının işçi heyətin yığılması zamanı istifadə etdikləri siyasət və yanaşmaları, qadınların İKT sektorunda işə düzəlməsi və karyera qurması ilə bağlı olan çətinliklər barədə fikir mübadiləsi aparılacaq. 

Bu tədbir yeni kampaniyanın əsasını qoyacaq. Belə ki, klubun bütün üzvlərinə prioritet qaydasında yeni vakansiyalar barədə məlumat almaq imkanı yaradılacaq.
 
Namizədin seçilməsində prioritet isə Klubun üzvü olan şəxslərə veriləcək. Bu qəbildən olan ilk vakansiya dünyanın aparıcı İT şirkətlərindən birində ən qısa zamanda elan ediləcək. 

Tədbirin proqramı rəsmi hissə ilə yanaşı, yeni başlayanlar üçün qolf yarışmasının, müxtəlif hədiyyələrin və kollektiv “Zumba master-klas”ın da daxil olduğu əyləncəli hissədən ibarət olacaq.
 
Tədbirə gələrkən qadınlar özü ilə 4-14 yaş arası övladlarını da götürə bilərlər. Uşaqlar üçün robotların yığılması, raketlərin uçurulması və uşaq qolfunu əhatə edən maraqlı və əyləncəli proqram hazırlanıb.
 
Aynur Vəliyeva 


 



Baxış sayı: 311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye