12px13px15px17px
Tarix:16/09/15

Mobil operatorun dəstəklədiyi qısametrajlı film beynəlxalq uğura imza atdı

"Nar" mobil operatorunun və "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu idarəsinin dəstəyi ilə  2013-cü ildə yaradılmış "Üç tarix" adlı kinoalmanax çərçivəsində çəkilən "Tanrıya məktub" filmi dünyanın ən nüfuzlu qısametrajlı film və ssenari festivallarından olan 12-ci "DC Shorts" festivalının müsabiqə proqramına daxil edilib.
 
10 sentyabr 2015-ci ildə Vaşinqton şəhərində start götürmüş kinofestivalda 24 ölkənin istehsalı olan 125 qısametrajlı film nümayiş etdirilib. Gənc azərbaycanlı rejissor Mariya İbrahimovanın qısametrajlı filmi ABŞ-ın bu mötəbər film festivalının proqramına daxil edilməklə, daha geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edərək böyük uğura imza atıb.
 
 
Festivalda nümayiş etdirilən "Tanrıya məktub" filmi kino həvəskarları arasında keçirilmiş səsvermə nəticəsində təqdim olunan "Tamaşaçıların rəğbəti" (AUDIENCE WINNERS) mükafatına layiq görülüb. Film tamaşaçıların böyük marağına səbəb olub, kino zalında boş yerlər qalmadığı üçün filmi seyr etmək istəyənlər hətta pilləkənlərdə də oturmağa razı olublar.   
 
 
 
Milli-mənəvi dəyərlərə böyük önəm verən "Nar" əsrlərin xatirəsini özündə yaşadan qədim Bakının təkrarolunmaz ənənələrini qorumaq və yaşatmaq məqsədi daşıyan bu layihəyə dəstək verib.
 
 



Baxış sayı: 254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020