12px13px15px17px
Tarix:17/09/15

“Amazon” şirkəti Yer orbitinə insanları və yükləri çatdıracaq

“Amazon” internet mağazasının təsisçisi və rəhbəri Ceffri Bezos Yer orbitinə insanların və yüklərin çatdırılması ilə məşğul olmaq niyyətindədir.

Bu məqsədlə onun sahibi olduğu "Blue Origin” şirkəti raketdaşıyıcılarının ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral kosmodromunda yerləşən bazasından buraxılması üçün onların tikintisini həyata keçirəcək. 
Mətbuat nümayəndələri qarşısında çıxış edən C.Bezos layihəyə 200 milyon dolların ayrılacağını bildirib. O həmçinin ilk raketin 2020-ci ilədək buraxılması ilə bağlı planlarını açıqlayıb.

Ötən həftə özəl "Blue Origin” şirkəti "United Launch Alliance” şirkəti ilə "Vulcan” raketlərinin yaradılmasına dair saziş imzalayıb. Raketlərin buraxılması üçün 43 il ərzində 145 buraxılışın həyata keçirildiyi 36 nömrəli start kompleksi seçilib. “Sonuncu buraxılış 2005-ci ildə edilib. O vaxtdan meydança 10 il boş qalıb və bu, uzun müddətdir. Biz buradan növbəti onillikdə raketlər buraxacağıq”, - şirkət rəhbəri əlavə edib.

C.Bezos britaniyalı sahibkar Riçard Brenson (Virgin Galactic raketi) və amerikalı İlon Maskdan (SpaceX) nümunə götürərək orbitə kommersiya əsasında yüklərin və insanların çatdırılması ilə məşğul olmaq istəyir.  
“Blue Origin” suborbital uçuşlar üçün nəzərdə tutulan aparatlar hazırlayır. Şirkət Vaşinqton ştatında “Amazon”nun Sietldəki mənzil-qərargahının yaxınlığında yerləşir, - “TASS”  yazır.



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024