12px13px15px17px
Tarix:17/09/15

«Elektron şəhər» konsepsiyası dünyada populyarlaşır

İndi planetin əhalisinin təxminən 50 faizi şəhərlərdə yaşayır. Şəhərləşmənin yüksək dinamikası şəhər xidmətlərinin üzərinə düşən yükü artırır. «Smart City» konsepsiyası meqapolislər üçün məntiqli həll kimi görünür.
 
 
Bu gün Yer kürəsinin əhalisi təxminən 7,4 milyard insan təşkil edir ki, onların da 3,6 milyardı şəhərlərdə yaşayır. Hərçənd ki, 10 il əvvəl şəhər əhalisinin sayı 35-40% təşkil edib. Sürətli şəhərləşmə şəhərlərin nəqliyyat kommunikasiyaları, xilasetmə və kommunal xidmətlərinin üzərinə düşən yükü artırır.
 
 
Bu problemlərin öhdəsindən gəlmək üçün dünyada "Ağıllı şəhər" və ya "Elektron şəhər" («Smart City», «Safe City», «E-City») konsepsiyası geniş yayılmağa başlayır.  Əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə şəhər xidmətlərinin səmərəliliyini yüksəltməkdir. Hazırda dünyanın 2500-dən çox böyük və kiçik şəhəri «ağıllı» şəhər konsepsiyasından yararlanır.
 
 
Hələ ki «Smart City» ilə bağlı standart anlayış mövcud deyil. Ümumi mənada belə ifadə etmək olar ki, «Smart City» şəhər xidmətlərinin mövcud resurslarının ən yaxşı üsulla istifadə olunduğu, şəhər sakinlərinə daha keyfiyyətli xidmət göstərildiyi və maksimal təhlükəsizliyin təmin edildiyi şəhərdir.
 
 
«Smart City»nin standart alt sistemlərinə 6 elementi aid etmək olar. Birincisi, «ağıllı» nəqliyyat sistemidir: informasiya panelləri və istifadəçilərin smartfonlarında yoldakı vəziyyətin təsviri ilə nəqliyyatın hərəkətini optimallaşdırır.
 
 
İkincisi, bu, geoinformasiya sistemidir.
 
 
Üçüncüsü, elektron polisdir («ePolice»). "Elektron polis" pultuna istənilən zəng zamanı geoinformasiya sisteminin xəritəsində ani olaraq zəng olduğu yer göstərilir və növbətçinin monitorunda məlumatın qeydə alınması, sonrakı emal və fövqəladə qərarların qəbulu üçün pəncərə açılır.
 
 
«Ağıllı» şəhərin dördüncü vacib elementi elektron polis xidməti ilə qarşılıqlı fəaliyyətə əsaslanan təhlükəsizlik («Safe City») alt sistemidir, lakin həmçinin bütün fövqəladə xidmətlər (təcili yardım, yanğınsöndürənlər, qaz sənayesi işçiləri və energetiklər) işə salınır.
 
 
Beşinci vacib alt sistem elektron təhsildir («eEducation»). Bu, adi "distant təhsil"dən daha çox funksiyanı əhatə edir və istənilən tələbənin arzusunu (evi tərk etmədən mühazirələrə "getmək") reallaşdırır. Kompüter arxasında əyləşmiş tələbə, həmçinin mühazirəyə qulaq asaraq müəllimi görəcək və onun auditoriyada elektron "ağ lövhə"dəki yazılarını izləyəcək. Tələbə, hətta evdən "əlini qaldıra", müəllimə virtual sual verə bilər.  Mühazirədən sonra keçirilmiş materialın möhkəmləndirilməsi üçün imtahan keçirmək olar.
 
 
Altıncı element elektron səhiyyədir («eHealth»). Həkimin qəbuluna elektron yazılma sistemi artıq bir çox şəhər sakinlərinə tanışdır. Ancaq «eHealth» alt sisteminin əsasını pasiyentlərin vahid elektron bazası təşkil edir. Həkim vahid elektron bazada pasiyentin əvvəlki xəstəliyi ilə tanış ola bilər.
 
 
Emil Hüseynov



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024