12px13px15px17px
Tarix:18/09/15

“Apple” Cənubi Koreya şirkətinə qarşı qaldırdığı apelyasiya iddiasını udub

“Apple” şirkəti Vaşinqton Federal Dairəsinin Apelyasiya Məhkəməsində Cənubi Koreyanın "Samsung Electronics” istehsalçısı ilə dinləmələr çərçivəsində qaldırılan iddianın qalibi olub.

Qərara görə, Cənubi Koreya şirkəti bundan sonra planşet və smartfonlarında bir sıra mübahisəli funksiyaların istifadəsindən imtina etməli olacaq.  
 
İyulda "Google”, “Facebook”, “eBay”, “Dell”, “HP” və digər texnoloji şirkətlərin “Apple” ilə patent hüququnun pozulması ilə bağlı məhkəmə dinləmələrində “Samsung”un tərəfini tutması barədə məlumatlar yayılıb.
 
Mayın 18-də ABŞ Apelyasiya Məhkəməsi hakimlərin 2012-ci ildə “Samsung”un rəqibinə patentin pozulmasına görə 930 milyon dollar ödəməsi ilə bağlı çıxardığı qərarı ləğv edib. O zaman kompensasiyanın məbləği 548 milyon dollaradək azaldılıb.
 
İki iri smartfon istehsalçısı arasında patent hüququna görə mübahisə 2011-ci ildən gedir. Cənubi Koreya şirkəti bir sıra ölkələrdə qarşılıqlı iddia qaldırıb, - "Lenta” yazır.



Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024