12px13px15px17px
Tarix:18/09/15

Azərbaycan Böyük Britaniyaya kənd təsərrüfatı sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi sahəsində əməkdaşlıq təklif edib

Azərbaycan Böyük Britaniyaya kənd təsərrüfatı sahəsində informasiya-kommunikasiya texnologiyaları, elmi araşdırmaların nəticələri barədə informasiya mübadiləsi və elmi nəticələrin təsərrüfatlarda tətbiq edilməsi sahəsində əməkdaşlıq edilməsini təklif edib.
 
Bu barədə “Ictnews.az” elektron xəbər xidmətinə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
 
Nazirlikdən qeyd edilib ki, sözügedən təklif nazir müavini Seyfəddin Talıbovla Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefan Makkoni arasında keçirilmiş görüşdə səsləndirilib. Qeyd edək ki, görüşün məqsədi Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyalar çərçivəsində aqrar sahədə   əməkdaşlıq imkanlarının müzakirəsindən ibarət olub.
 
 
Nazir müavini Seyfəddin Talıbov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini, son iki ildə bu sahənin inkişafı ilə bağlı mühüm qərar və sərəncamların qəbul olunduğunu qonağın diqqətinə çatdıraraq əhalinin 37,8 faizinin kənd təsərrüfatı sahəsində çalışdığını, respublikamızın aqrar sahədə geniş potensialının olduğunu, bu sahədə İKT-nin tətbiqi, eləcə də elektronlaşma istiqamətində böyük işlər görüldüyünü və görülməkdə olduğunu deyib.
 
 
Heyvandarlıq sahəsində tətbiq edilən saxlama və yemləmə texnologiyaları üzrə təcrübə mübadiləsini aparmağı təklif edən nazir müavini birgə tvinninq layihələrinin həyata keçirilməsinin hər iki tərəfə fayda verəcəyini diqqətə çatdırıb.
 
O, kənd təsərrüfatı sahəsində kadr hazırlığını önə çəkərək bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi sistemində 8 elmi-tədqiqat institutu fəaliyyət göstərir.
 
Həmin institutların laboratoriyalarının müasir avadanlıqlarla təchiz olunmasına ehtiyac duyulur və bu sahədə də Böyük Britaniyanın dəstəyinə ümidvar olduğunu söyləyib.
 
 
SEYMUR



Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024