12px13px15px17px
Tarix:18/09/15

Kamera və «Wi-Fi» ilə təchiz edilmiş «ağıllı» tozsoran təqdim edilib

«iRobot» şirkətinin yeni «Roomba 980» adlı tozsoran ətraf mühiti araşdıran və yadda saxlayan daxili kamera və sahibinə evdə olmadıqda belə smartfondan qurğunu idarə etməyə imkan verən «Wi-Fi» texnologiyası ilə təchiz edilib.

Təmizləməyə başlamaq üçün tozsoran və ya mobil proqramda "Clean" düyməsinə sıxmaq kifayətdir. Mobil proqram, həmçinin təmizləmə qrafikini idarə etməyə imkan verir, amma real vaxt rejimində tozsoranı idarə etmək mümkün deyil.
 
 
«ICTnews.az» saytı «hitech.vesti.ru» saytına istinadən yazır ki, təhlükəsizlik problemi ilə əlaqədar kamera vasitəsilə çəkilmiş görüntü təmizlik bitdikdən 90 dəqiqə sonra silinir. Bu halda heç bir məlumat "bulud"da saxlanılmır.
 
 
Şirkətin nümayəndəsi bildirib ki, «Roomba 980» tozsoranı avtonom rejimdə iki-üç otağı təmizləyə bilər. Tozsoranın batareyası 3 saat ərzində tamamilə dolur. Bu halda qurğu əvvəlki modellə müqayisədə iki dəfə çox sorma gücünə malikdir. Bu ilin oktyabrında tozsoran ABŞ-da 900 dollar qiymətinə satışa çıxarılacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 663

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024