12px13px15px17px
Tarix:21/09/15

«AppStore» ilk genişmiqyaslı kiberhücuma məruz qalıb

«Apple» korporasiyasının mobil tətbiqlər üzrə «AppStore» elektron mağazası naməlum hakerlər tərəfindən genişmiqyaslı kiberhücuma məruz qalıb. Bu haqda ABŞ şirkətinin nümayəndələri məlumat verib.

Onların məlumatına görə, kibercinayətkarlar mağazanın yüzlərlə rəsmi mobil proqramına zərərli kod tətbiq edə biliblər.

«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, kibertəhlükəsizlik sistemlərinin hazırlanması ilə məşğul olan «Palo Alto Networks» şirkətinin məlumatına görə, bundan əvvəl «AppStore» mobil proqramlar mağazasında yalnız 5 virusa yoluxmuş mobil tətbiq aşkar edilmişdi, ancaq indiki hadisə genişmiqyaslı xarakter daşıyır.

«Apple» «Mac» kompüterləri, «iPad» planşetləri, «iPhone» smartfonları, «iPod» pleyerləri və başqa qurğuların hazırlanması və satışı ilə məşğul olan ABŞ korporasiyasıdır. İndi şirkətin kapitallaşma dəyəri təxminən 618 milyard dollar təşkil edir və əvvəlki kimi ABŞ-ın ən bahalı şirkətidir.

Emil Hüseynov



Baxış sayı: 517

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024