12px13px15px17px
Tarix:21/09/15

«WhatsApp»ın qurucusu: ««Facebook»la bağlanmış sazişdən sonra həyatım o qədər də dəyişməyib»

RBK nəşri «WhatsApp» messencerinin yaradıcısı Yan Koumla müsahibə dərc edib. O, bir çox maraqlı suallara cavab verib.
 
 
Yan Koumun sözlərinə görə, şirkət proqramın quraşdırılması sayını deyil, messencerin aylıq və gündüz auditoriyasını izləyir.
 
 
İnvestisiyalar
 
Onun sözlərinə görə, «Facebook»la bağlanmış sazişdən sonra iş adamının həyatı bir o qədər dəyişməyib. O, «WhatsApp»ın satışından əldə etdiyi vəsaiti startaplara yatırmaq haqda düşünmür. Yan Koum, həmçinin başqa layihələrlə məşğul olmağı planlaşdırmır.
 
 
Mən əksər startapların ideyasını tamamilə mənasız hesab edirəm.
 
 
 
«Facebook» ilə əlaqə
 
 
«WhatsApp»ın komandası məhsulun hazırlanmasına tamamilə nəzarət edir. "Facebook başqa sahələrdə (maliyyə, hüquqşünas, piar) bizə kömək edir" -deyə  iş adamı bildirib.
 
Biz müstəqil şirkət olduqda şirkətdə maliyyə direktoru vəzifəsi mövcud deyildi. Bizə sadəcə hesablar gəlirdi, mən və ya Brayan "ödəmək" düyməsinə sıxırdıq. Bizdə kiçik müstəqil şirkət olduğundan hər şey sadə idi. İndi biz «Facebook»un bir hissəsiyik, buna görə  qarşımızda tamamilə başqa tələblər qoyulub. Sosial şəbəkədən göndərilmiş əməkdaş indi «WhatsApp»da maliyyə məsələləri ilə məşğul olur və o, «Facebook»un maliyyə direktoruna hesabat verir.
 

 
«Facebook Messenger» , yoxsa «WhatsApp?”
 
Bu, iki tamamilə müxtəlif məhsuldur. «Facebook Messenger» məhsulu «Facebook» sosial şəbəkəsindəki kontaktlara bağlanıb, sosial şəbəkənin daxilində olan dostlarla işləyir. «WhatsApp» telefonun kontaktındakı dostlarla işləyir. Bu, iki tamamilə müxtəlif kontaktlar siyahısıdır. «WhatsApp» messenceri əsasən mobil telefonlarda işləmək, «Facebook Messenger» isə həm masaüstü, həm də mobil telefonlar üçün nəzərdə tutulub.
 
 
«WhatsApp»ın gəliri
 
«Facebook»la bağlanmış saziş nəticəsində Yan Koum əsas diqqəti məhsulun inkişafına yönəldib.
 
Hələ ki bizim qarşımıza pul qazanmaq kimi tapşırıq qoyulmayıb. Bizim məqsədimiz 1 milyarddan çox istifadəçi cəlb etməkdir.
 
 
Səsli zənglərdən imtina
 
Yan Koum deyib ki, son zamanlar insanları narahat etməmək üçün zəng etməyə üstünlük vermir.
 
İnsan öz ailəsi ilə şam edir, ya öz uşağı ilə ev işlərini görür və ya vacib görüşü var və bu zaman mən zəng edirəm, ola bilər ki, əhəmiyyətli heç nə yoxdur, sadəcə, soruşmaq istəyirəm ki "vəziyyətin necədir?"
 
Adətən mən zəngi planlaşdırmağa çalışıram: messencerdə zəng etməzdən əvvəl qarşı tərəfin münasib olub-olmamasını soruşuram. Mənim üçün messencerlərin köməyi ilə insanlarla ünsiyyət saxlamaq daha rahatdır.
 
 
Korporativ messencerlər
 
İş adamı bildirib ki, şirkət müxtəlif istifadəçilər kateqoriyası üçün həllər yaratmağa hazırlaşmır: "Bizim messencerimiz hər kəs üçün əlçatan olmalıdır".
 
 
 
Emil Hüseynov



Baxış sayı: 1088

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024