12px13px15px17px
Tarix:21/09/15

“Nar” istifadəçisi olan hər bir kəs öz qohumları, dostları və yaxınları ilə pulsuz danışa biləcək

İnsanları biri-birinə və dünyaya qovuşdurma missiyasını əldə rəhbər tutan "Nar", öz abunəçilərini daha rahat və sərfəli rabitə xidməti ilə təmin etmək üçün növbəti təşəbbüsə imza atıb. İnsanların öz ailələri, dostları və yaxınları ilə daim əlaqədə olmasını vacib hesab edən mobil operator, bu məqsədlə, öz abunəçilərinə yeni "Ailəm" paketini təqdim edir.
 

4 nömrədən ibarət olan "Ailəm" paketi Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq 4 nəfərdən ibarət müxtəlif müştəri qrupları üçün pulsuz danışıq imkanıdır. Paketə daxil olan 4 nömrənin istifadəçiləri biri-birilə 31 dekabr 2015-ci il tarixədək dəqiqəsi 0 qəpiyə danışa biləcəklər. Ölkədaxili digər istiqamətlərə zəngin dəqiqəsi isə 4 qəpikdən hesablanacaq.

 
"Ailəm" paketinə daxil olan nömrələr bir fiziki şəxsin adına qeydiyyata alına bilər.

 
Hər zaman öz abunəçilərinin qayğısına qalan "Nar" müxtəlif müştəri qrupları arasında daha keyfiyyətli və rahat mobil rabitə fürsəti yaradaraq, onları bu əlavə ünsiyyət imkanından yararlanmağa dəvət edir. Təklif edilən danışıq paketləri öz sərfəliliyi ilə seçilir və əhalinin bütün kateqoriyalarını əhatə edir.    



Baxış sayı: 569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024