12px13px15px17px
Tarix:21/09/15

«LG» şirkəti orta səviyyəli «LG Class» smartfonunu təqdim edib

«LG Electronics» şirkəti orta səviyyəli «LG Class» smartfonunu təqdim edib. Yeni model metal korpus və qabaqcıl fotokameralarla təchiz edilib.
 
 
«LG Class» smartfonu 1,2 QHs takt tezlikli 64 bitlik dördnüvəli «Qualcomm Snapdragon 410» prosessoru və «Adreno 306» qrafik sürətləndiricisi ilə işləyir. Aparata «Android 5.0 Lollipop» mobil  əməliyyat sistemi quraşdırılıb. 5 düymlük «IPS» texnologiyalı ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 16 QB təşkil edir. İstehsalçı 2 TB-dək tutuma malik çıxarılıb taxılan «microSD» daşıyıcısının dəstəkləndiyini bildirib.
 
 
Bundan başqa, mobil qurğu 13 meqapiksellik əsas və 8 meqapiksellik ön kameralar, 2050 milliamper/saat tutumunda akkumulyator batareyası və «LTE» modemi ilə təchiz edilib.
 
 
Qurğunun ölçüləri 142x71,8x7,4 mm, çəkisi 147 qramdır.
 
 
Cənubi Koreyada «LG Class» aparatının satışına başlanılıb. Bu ölkədə smartfonun dəyəri təxminən 340 dollar təşkil edir.
 
 
Emil Hüseynov




Baxış sayı: 555

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024