12px13px15px17px
Tarix:21/09/15

Proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkilati-metodik təminatının internet portalı istifadəyə verilib

Təhsil müəssisələrinin istedadlı gəncləri üçün proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkilati-metodik təminatının  internet portalı istifadəyə verilib.


Portal Təhsil Nazirliyinin dəstəyi ilə "Bakı" nəşriyyatı tərəfindən hazırlanıb. Portal hazırda beynəlxalq informatika olimpiadalarının keçirilmə və qiymətləndirmə qaydalarına tam uyğundur. Bu sayt proqramlaşdırma üzrə olimpiadalar üçün məsələlərdən və özəl yoxlayıcı moduldan (sistemdən) ibarətdir. Məsələlərin həllində iştirak etmək üçün sistemdə qeydiyyatdan keçmək lazımdır.

Burada proqramlaşdırma bacarıqlarını təkmilləşdirmək üçün şagirdlər müxtəlif səviyyəli məsələlər həll edə bilərlər. Onlayn yoxlama qaydaları ilə "Yardım" bölümündə, məsələlərin şərtləri ilə "Məsələlər" bölümündə tanış olmaq mümkündür.

"Məsələlər" bölümündə istifadəçilərə müxtəlif çətinlikli məsələləri həll etmək təklif olunur. Məsələlərin çətinlik dərəcəsi 1-dən 100-dək ədədlərlə qiymətləndirilir və həll edilmiş məsələlərdən asılı olaraq reytinqiniz müəyyənləşir.

Məsələlərin onlayn müzakirələri istifadəçilərin onların həllində qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa yardım edəcək.

Şagird tərəfindən həll etdiyi məsələlərin sayı və onların çətinlik dərəcələrinə görə fərdi reytinq cədvəlində öz yerini görə bilər.

Portalda proqramlaşdırma üzrə qapalı və açıq yarışlarda iştirak etmək imkanı var. Yarışlara qatılmaq, məsələləri yoxlanmaya göndərmək üçün öncə qeydiyyatdan keçmək lazımdır. Layihəni hazırlayanlar Bakı Dövlət Universitetinin dosenti, layihənin rəhbəri Ramin Mahmudzadə, Təhsil Nazirliyinin şöbə müdiri, layihənin texniki rəhbəri İsmayıl Sadıqov, "Bakı" nəşriyyatının direktoru, layihənin meneceri Zaur İsayev və proqramçı R.Qədirovdur. 

Onu da qeyd edək ki, bu tədris ilində Respublika İnformatika Olimpiadasının bu portal əsasında keçirilməsi planlaşdırılır.
 
 
Həqiqət İSABALAYEVA
 




Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024