12px13px15px17px
Tarix:22/09/15

ABŞ, Rusiya və Çində virusa yoluxdurulmuş «Cisco» kommutatorları aşkarlanıb

ABŞ, Rusiya Çin və təxminən 30 dövlətdə dəyişdirilmiş əməliyyat sistemi tərəfindən yoluxdurulmuş «Cisco» kommutatorları aşkar edilib. Tədqiqatçılar 199 zərərli ünvan haqda məlumat verib.
 
 
Yoluxdurulmuş 199 IP
 
 
Dəyişdirilmiş əməliyyat sistemi tərəfindən yoluxdurulmuş «Cisco» kommutatorlarının sayı «Mandiant» şirkətinin tədqiqatçılarının aşkar etdiyindən çox olub. Onlar ötən həftə  Ukrayna, Filippin, Meksika və Hindistanda 14 belə qurğu aşkar ediblər. Ancaq «Shadowserver» qeyri-kommersiya təşkilatının məlumatına görə, belə kommutatorların sayı 199-dur və ən azı 31 ölkədə aşkar edilib. Bu halda yoluxdurulmuş kommutatorların əksəriyyəti (65) ABŞ-da yerləşir.
 
Hindistan 12 yoluxdurulmuş kommutator ilə ikinci pilləni tutur. Rusiya üçüncü pillədə qərarlaşıb. Çində dəyişdirilmiş əməliyyat sistemi ilə yoluxdurulmuş 8, Polşada 9, Tailandda 7 kommutator aşkar edilib.
 
 
 
«SYNful Knoc» dəyişdirilmiş əməliyyat sistemi
 
 
Yuxarıda göstərilən kommutatorlar «SYNful Knoc» ilə təchiz edilib: bu, hakerlər tərəfindən routerə «Cisco IOS» istehsalçısının əsas ƏS-nin əvəzinə quraşdırılmış dəyişdirilmiş əməliyyat sistemidir.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024