12px13px15px17px
Tarix:22/09/15

Kolumbiyada Azərbaycanın tətbiq etdiyi e-viza sistemindən danışılıb

Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 21-ci sessiyası keçirilib.

Bu mötəbər tədbirdə Azərbaycandan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək ölkəmizdə turizm sahəsində son iki ildə əldə olunan nailiyyətlərdən, turizmin inkişafı üçün tətbiq edilən mexanizmlərdən, İKT-nin turizm sektoruna inteqrasiyasından, turizm obyektlərinin məlumat bazalarının yaradılmasından, bu istiqamətdə göstərilən xidmətlərin elektronlaşdırılmasından danışıb.
 
O bildirib ki, İKT-nin tətbiqi ilə turizm sahəsi daha da populyarlaşıb və Azərbaycana gələcək qonaqlar həm internetdən, həm də ümumilikdə İKT vasitələrindən çox asanlıqla və hər hansı bir problem yaşamadan istifadə edə biləcəklər. 
 
 
Azərbaycana gəlmək istəyən turistlərin işlərini asanlaşdırmaq üçün lazımi addımlar atıldığını vurğulayan nazir müavini bu istiqamətdə həyata keçirilən elektron viza mövzusuna xüsusi toxunub. Rəsmi Bakının turistlər üçün elektron viza verdiyini və ölkəmizə gələn qonaqların e-vizanı rahatlıqla əldə edə bildiyini önə çəkən nazir müavini Azərbaycanda turizm infrastrukturunun inkişafından, cari ilin iyun ayında keçirilmiş Avropa Oyunlarından ətraflı bəhs edib. O, turizmin Azərbaycanda əsasən dörd prioritet (işgüzar, sağlamlıq, mədəniyyət və ekoturizm) inkişaf sahəsini təqdim edib.
 
 
Daha sonra Nazim Səmədov Azərbaycan Konqreslər Bürosunun, Sağlamlıq və Termal Turizm Assosiasiyasının, Yaşıl Kənd Turizmi Assosiasiyasının fəaliyyəti haqqında məlumat verib.
 
 
BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyası çərçivəsində BMÜTT-nin İcraiyyə Şurasına, müxtəlif komitələrinə seçkilər keçirilib, daxili məsələlərə dair müzakirələr aparılıb, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) ilə birgə forum təşkil olunub, eləcə də “Turizm hekayələri” kitabının ikinci buraxılışının təqdimatı reallaşdırılıb. Qeyd edək ki, bu kitabda Azərbaycanın dilbər guşələrindən olan Lahıc haqqında məqalə yer alıb.
 
Kitabı  bu səhifədə yükləmək olar:
 
 
SEYMUR



Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024