12px13px15px17px
Tarix:22/09/15

Kiberidman üzrə növbəti tədbir sentyabrın 26-da baş tutacaq

Azərbaycan Kiberidman Federasiyası və “Wargaming” şirkəti Gənclər və İdman Nazirliyinin dəstəyi ilə birgə yerli oyunçular arasında ilk həvəskar Azərbaycan Çempionatının final mərhələsinin keçiriləcəyini elan edir. Onlayn seçim turunun yekununa görə, ən yaxşı nəticə əldə edənlər sentyabrın 26-da “Marriott Absheron Baku” otelində keçiriləcək çempionatın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 
 
Azərbaycan Kiberidman Federasiyasının prezidenti Ramil Əliyevin sözlərinə görə, bu yarış Azərbaycanda ilk irimiqyaslı çempionat deyil. Belə ki, son 10 il ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Kiberidman Federasiyası tərəfindən ölkədə kiberidman üzrə müxtəlif tədbir və yarışlar təşkil olunub:
 
“Budəfəki yarışın təşkilində dünya bazarında MMO janrında pulsuz oyunların əsas istehsalçısı olan “Wargaming” şirkətinin böyük əməyi var. Əsası 1998-ci ildə qoyulmuş şirkət bu günə kimi 15 adda layihə hazırlayıb. Hazırda “Wargaming” şirkəti MMO oyunlarının döyüş seriyası üzərində çalışır.  Layihə XX əsr tank, hava və dəniz döyüşlərinə həsr olunub: “World of Tanks”, “World of Warplanes и World of Warships.” Hər üç layihə özündə dünyanın ən güclü vargeymerlərini cəmləyən ümumdünya “Wargaming.net” (www.wargaming.net) şəbəkəsinin tərkib hissəsidir.
 
P.Əliyev bildirib ki, 2014-cü ildə “Xbox 360”-da “World of Tanks” və “World of Tanks Blitz Wargaming” adlı layihələri ərsəyə gətirməklə şirkət iki yeni platformaya çıxış əldə edib. 2015-ci ildə “Xbox One”-da “World of Tanks” və  “PlayStation®4” üçün “World of Tanks” anonsunun relizi baş tutub.
 
 
“Wargaming” - videooyunlar sahəsində ilk şirkətlərdəndir. Dünyanın bir çox hərbi-tarixi muzeyləri ilə əməkdaşlıq edir, tarixi hərbi texnikanın qorunub saxlanılması, yenidən qurulması üzrə tədbirlərdə fəal iştirak edir və bu mövzuya başqa şirkətlərdə maraq yaratmağa çalışır. “Wargaming” şirkətinin təşkil etdiyi bütün aksiya və layihələr 2013-cü ildə yaradılmış “Hər şeyi xatırlayırıq” qlobal proqram çərçivəsində həyata keçirilir.
 
 
Federasiya rəhbəri qeyd edib ki, sözügedən yarış Azərbaycanda keçirilən irimiqyaslı turnirlərdən biri olacaq: “Çempionatın yekun mərhələsi iki formatda keçiriləcək: komanda (3 x 3) və fərdi.  Fərdi yarışlarda istənilən şəxs qeydiyyatsız və ödənişsiz iştirak edə və öz məharətini nümayiş etdirə bilər”.
Məlumat
 
üçün bildirək ki, “World of Tanks” kütləvi onlayn oyun növü olub, bütövlükdə XX əsrin ortalarına aid zirehli maşınlara həsr edilib. Milyonlarla tankçı ordusuna qoşulmaq üçün “www.worldoftanks.ru” saytına daxil olun.
 
 
Komanda yarışlarının finalçıları 5 min manatlıq mükafat fondu uğrunda mübarizə aparacaq. Onun 3 mini qızıl medal qazanan heyətə çatacaq. Fərdi hesabda qalib gələnə isə “Apple iPhone 6” (64Gb) təqdim olunacaq. İkinci və üçüncü yerləri qazananlar isə “Microsoft Xbox One” konsol və “Apple iPad mini 3” 16GB planşeti ilə mükafatlandırılacaqlar.
 
Oyunlar arasındakı fasilə zamanı tədbirin qonaqları üçün əyləncəli proqram və “Wargaming” şirkətinin mükafatı uğrunda müsabiqələr təşkil olunacaq. Bundan əlavə, tədbirdə azyaşlı qonaqlar üçün zona təşkil olunacaq. Burada onları akvaqrim, yaradıcılıq və xüsusi hədiyyələr gözləyir.
 
 
Tədbiri  TNT və “Comedy” Radionun rezidenti Andrey Rodnoy və Nurlanə Cəfərova (106 fm) aparacaq.
 
 
Çempionatın final mərhələsi saat 12:00-da başlayacaq. Giriş hamı üçün ödənişsizdir. Turnir haqda ətraflı məlumat almaq üçün “World of Tanks”-ın rəsmi saytına daxil olun.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024