12px13px15px17px
Tarix:22/09/15

Britaniyalı arxitektor dronlar üçün aerovağzal tikəcək

Britaniyalı arxitektor Norman Foster Ruandada pilotsuz uçan aparatlar (dronlar) üçün dünyanın ilk aerovağzalını tikməyi planlaşdırır.
 
Dronlardan ölkənin ucqar yerlərinə dərman və tibbi preparatların çatdırılması üçün istifadə ediləcək. Arxitektorun fikrincə, layihə milyonlarla insanın həyatını yaxşılaşdırmağa imkan verəcək.
 
Aparatlar üçün pilot meydançanın tikintisinə 2016-cı ildə başlamaq nəzərdə tutulur.
 
Enmə-qalxma zonası ilə yanaşı, pilotsuz uçan aparatlar üçün aerovağzal ərazisində poliklinika, poçt şöbəsi, anbarlar, eləcə də dronların yığılması və təmiri üzrə sex və elektron ticarət mərkəzinin inşası planlaşdırılır.
 
Bildirilir ki, aerovağzalda yerli sakinlər işləyəcək. Bu səbəbdən layihənin ölkədə çoxlu iş yerləri yarada bilməsinə kömək edəcəyi ehtimal edilir, - “Qazeta yazır.



Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024