12px13px15px17px
Tarix:28/09/15

"İnternetə çıxışın geniş yayılması 160 milyon insanın yoxsulluqdan xilas olmasına imkan yaradacaq"

Birləşmiş Millətlər Təşkilatının (BMT) mənzil-qərargahında çıxış edən "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberq deyib ki, inkişaf etməkdə olan ölkələrdə internetə çıxışın geniş yayılması təxminən 160 milyon insanın yoxsulluqdan xilas olmasına şərait yaradacaq.

"ICTnews.az" saytı "gazeta.ru" saytına istinadən yazır ki, Zukerberq, həmçinin bildirib ki, internetə çıxışın geniş yayılması milyonlarla uşağın təhsil almasına imkanı ilə təmin edəcək, həmçinin 140 milyondan çox iş yeri yaradacaq.


Bundan başqa, o, interneti ictimai-sosial tərəqqinin aparıcı qüvvələrindən biri adlandırıb.


Emil Hüseynov



Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024