12px13px15px17px
Tarix:28/09/15

Bakı Metropoliteni oktyabrın 1-dən tamamilə “Bakıkart” ödəniş sisteminə keçir

Bakı Metropoliteni oktyabrın 1-dən etibarən gediş haqqı ödənişini yalnız "Bakıkart”lar vasitəsi ilə qəbul edəcək. 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni sistemin tətbiqi ilə bağlı olaraq metropolitenin bütün stansiyalarında kart satışı, gediş haqlarının yüklənməsi və pul xırdalayan kassaların fəaliyyəti dayandırılacaq.
 
Hazırda artıq "Baku Bus”un dayanacaqlarının əksəriyyəti, Bakı Metropoliteninin bütün stansiyaları və şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşkləri “Bakıkart”ların balansını doldurmaq üçün nəzərdə tutulan terminallarla təchiz edilib.
 
Bakı Metropoliteni xəbərdarlıq edib ki, "Bakıkart”la yaranmış hər hansı problemlə bağlı "20 Yanvar”, "Cəfər Cabbarlı”, "N.Nərimanov” və "Neftçilər” stansiyalarında fəaliyyətdə olan "Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya “http://www.bakikart.az veb səhifəsinə müraciət etmək olar.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024