12px13px15px17px
Tarix:28/09/15

Mobil operator istedadlı və savadlı kadrları işə cəlb edir

“Nar” mobil operatoru istedadlı və bacarıqlı gənclərin, peşəkar kadrların işə cəlb edilməsi istiqamətindəki fəaliyyətini davam etdirir.  Belə ki, sentyabr ayının 22-də “Nar” təmsilçiləri “28 Cinema” kinoteatrında “Təcrübəçi” filminin qapalı premyerası zamanı təşkil edilmiş olduqca maraqlı bir tədbirdə aktiv iştirak ediblər. 
 
Qeyd edək ki, adıçəkilən filmdə yeni işə başlayan bir təcrübəçidən və insan resurslarının idarə edilməsi problemindən bəhs edilir.
 
Şirkətdən bildirilib ki, insan resurslarına hər zaman xüsusi önəm verən “Nar” operatoru da bu gözəl fürsətdən yararlanıb. 
 
 
Premyera öncəsi kinoteartrın foyesində quraşdırılmış “Nar” masasında işə qəbul prosesi formatında aparılan söhbət zamanı maraq kəsb edən iştirakçıların tərcümeyi-halları, onlar haqqında digər vacib məlumatlar toplanıb. Son dərəcə məhsuldar və maraqlı keçən görüşdə jurnalistlər, blogerlər, və müxtəlif şirkət nümayəndələri iştirak ediblər.
 
 
Şirkətin yaydığı məlumata görə, bu görüş bacarıqlı, istedadlı və savadlı kadrların “Azerfon” şirkətində işə cəlb edilməsi perspektivləri baxımından çox səmərəli olub.



Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024