12px13px15px17px
Tarix:28/09/15

Dünyanın ilk suda batmayan smartfonu təqdim edilib

ABŞ-ın 8 nəfərdən ibarət yeni yaradılmış “Comet” şirkəti suda batmayan unikal smartfon təqdim edib.  
 
“Comet” adlanan qurğu “IPx7” sertifikasiyadan istifadə sayəsində sukeçirməzdir.
 
Smartfon 1 QHs takt tezlikli səkkiznüvəli "Snapdragon 810” prosessor, 4 Gb tutumlu operativ yaddaş, 16 meqapikselli əsas və ön kameralar, 128 Gb tutumlu yaddaş kartı, 1280 х 720 piksel təsvir ölçülü 4,7 düymlü ekran və 2800 milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib.
 
“Android 5.1.1” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun ölçüləri 137.5 х 67.7 х 7.9 millimetr, çəkisi 120 qram təşkil edir. Smartfonda həmçinin müasir “Qlock” məlumat şifrləmə sistemindən istifadə olunub.
 
“Comet” hazırda “Indiegogo” platforması əsasında vəsait toplamaqla məşğuldur. Mütəxəssislər layihənin inkişafına 1 milyon dollar toplamağı planlaşdırırlar. Kampaniyanın sona çatmasına 35 gün qalıb, - "Internetua” yazır. 
 
 



Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024