12px13px15px17px
Tarix:28/09/15

Planetin hər yeddinci nəfəri «Microsoft Office» proqramından istifadə edir

Bu yaxınlarda «Microsoft» korporasiyası «Windows» platforması və şirkətin müxtəlif xidmətlərinin son nailiyyətləri haqda bəzi maraqlı məlumatlar dərc edib.

 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, «Microsoft by the Numbers» saytında qeyd edilib ki, «Office» proqram paketi «iOS» və «Android» mobil əməliyyat sistemləri ilə işləyən qurğuların istifadəçiləri tərəfindən 100 milyon dəfədən çox yüklənilib.
 
Korporasiyanın nümayəndəsi iddia edir ki, dünyada 1,2 milyarddan çox insan və ya planetin hər yeddinci nəfəri «Microsoft Office» proqramından istifadə edirlər.
 
 
Həmçinin qeyd edilib ki, hazırda «Windows Store» internet mağazasında smartfon, masaüstü fərdi kompüter və planşetlər üçün 669 mindən çox proqram mövcuddur və hər gün siyahıya yüzlərlə yeni proqram əlavə edilir.
 
 
Korporasiyanın qiymətləndirməsinə görə, indi dünyada 75 milyondan çox qurğu «Windows 10» ƏS-i ilə işləyir. Bundan başqa, «Xbox Live» oyun xidmətinin 48 milyondan çox və «Outlook.com» poçt xidmətinin 400 milyondan çox aktiv istifadəçisi var.
 
 
«Skype» istifadəçiləri gündəlik 3 milyard dəqiqə müddətində zəng edirlər və «Skype Translator» xidməti səsli mesajları 6 müxtəlif dilə tərcümə etməyə imkan verir. «Fortune 500» reytinqindəki şirkətlərin təxminən 80 faizi «Microsoft Cloud» «bulud» xidmətindən istifadə edirlər. Korporasiya 2018-ci ilədək «bulud» sahəsində əldə etdiyi gəlirini 20 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
 
 
Emil Hüseynov



Baxış sayı: 568

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024