12px13px15px17px
Tarix:28/09/15

Azərbaycanda sığorta şəhadətnamələrinin elektron formada daxil edilməsi xidmət səviyyəsini yüksəldib

“Elektron hökumətin formalaşdırılması və Elektron ticarətin qurulması proqramı tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən bir sıra geniş tədbirlər təşkil edilib.

Sığorta müqavilələrinin idarə edilməsi, elektron daxil edilməsi və mühasibatlığın müasir tələblərə uyğun qurulması üçün “1CMüəssisə” və “1C Mühasibatlıq” proqramları hazırlanıb və tətbiq edilib. Onun sayəsində də uçot və hesabatların vaxtında tərtib edilməsinə təminat yaranıb”.
 
 
Bu fikirləri Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov söyləyib.
 
 O, Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə bildirib ki, respublika Prezidentinin sahibkarlığın inkişafı, xüsusilə də informasiya texnologiyaları və telekommunikasiya sahəsinin inkişaf etdirilməsi ilə bağlı 2011-ci il 23 may tarixli 429 nömrəli Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” və 2012-ci il 19 iyul tarixli “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanlarının icrasına əsaslanaraq şirkət özünün veb saytını yaratmış, elektron poçt xidmətləri qurub, şirkətin 79 filialı üçün fərdi elektron poçt xidmətləri yaradılıb və şirkətin Veb Servis xidmətindən istifadə edərək fasiləsiz və təhlükəsiz elektron poçt və elektron informasiya mübadiləsi təşkil edilib.
 
 
Onun sözlərinə görə, sığorta şəhadətnamələrinin elektron formada daxil edilməsi və müştərilərə SMS vasitəsi ilə təsdiqinin çatdırılması işləri yerinə yetirilib ki, bununla da sığorta müqavilələrinin vaxtında bərpa olunması, sığortalılara xidmət səviyyəsi yüksəlib.
 
“Hazırda “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “Elektron hökumətin inkişafına dair Dövlət Proqramı”nın layihəsi çərçivəsində şirkətimiz tərəfindən bütün sahələrin elektron formada reallaşması işi həyata keçirilir.  Fərdi məlumatların saxlanılması üçün proqramlar yazılır və filiallarında çalışan işçilər üçün informasiya texnologiyalarından səmərəli və məqsədli istifadə etmək məqsədi ilə kurslar təşkil edilib. Bu məqsədlə bir sıra xarici ölkələrlə bu sahənin inkişaf etdirilməsi üçün müvafiq informasiya texnologiyaları sahəsində bilik və hazırlıq təcrübələri keçirilib”.
 
 
 
SEYMUR



Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024