12px13px15px17px
Tarix:29/09/15

Avropa İttifaqı və Çin “5G” sahəsində əməkdaşlığa dair saziş imzalayıb

Avropa İttifaqı (Aİ) və Çin beşinci nəsil mobil rabitə standartlarının (5G) birgə inkişafına dair saziş imzalayıb.
 
Əməkdaşlıq çərçivəsində dünyanın iki böyük bazarı bir-birinin tədqiqat resurslarından yararlanmaq, eləcə də Avropa və Çin şirkətləri birgə maliyyələşmədən istifadə imkanı əldə edəcək. Tərəflər həmçinin yeni standartlar üzərində işi və tezliklərin bölüşdürülməsini bir-birini məlumatlandırmaqla həyata keçirəcək. Bundan başqa, təkcə “5G” deyil, həm də “Əşyaların interneti” kimi aktual texnologiyalar sahəsində birgə tədqiqat layihələrinin yaradılması nəzərdə tutulur.
 
2015-ci ilin sonunadək Aİ və Çinin “5G” üzrə ümumi konsepsiya, əsas funksiyalar, başlıca texnologiyalar və tətbiqetmə qrafikindən ibarət ümumi fəaliyyət planı yaratması planlaşdırılır.
 
Sazişi Çinin sənaye və informasiya texnologiyaları naziri Mao Vey və rəqəmli iqtisadiyyat üzrə Avropa komissarı Günter Ottinger imzalayıb.
 
Aİ-nin Çin ilə imzaladığı saziş Cənubi Koreya ilə 2014-cü ilin iyununda, Yaponiya ilə 2015-ci ilin mayında imzalanan sənədin oxşarıdır, - "Telekomza” yazır.



Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024