12px13px15px17px
Tarix:30/09/15

Dünya İqtisadi Forumu: Azərbaycan rəqabətqabiliyyətlilik indeksi üzrə MDB ölkələri arasında liderdir

Azərbaycan MDB ölkələri arasında rəqabətqabiliyyətlilik reytinqində yüksək mövqe tutmaqla dünyanın 140 ölkəsi arasında 40-cı yerdə qərarlaşıb. Bu barədə Ümumdünya İqtisadi Forumunun (ÜİF) 2015-2016-cı illər üçün rəqabətqabiliyyətlilik indeksi üzrə hesabatında deyilir.  

Reytinqdə Azərbaycanın rəqabətqabiliyyətlilik indeksi 4,50 bal təşkil edir.

"Azərbaycan regionda (MDB) ən yaxşı mövqe tutmaqla qonşu ölkələrlə müqayisədə bu yaxınlarda baş vermiş dünya iqtisadi böhranından hamıdan yaxşı çıxıb. Ölkə aşağı inflyasiya və əlverişli dövlət maliyyələşməsi ilə seçilən güclü makroiqtisadi mühit sayəsində fayda əldə edir", - hesabatda qeyd olunur.

2014-2015-ci illər üçün əvvəlki reytinqə görə, Azərbaycan 144 ölkə arasında 38-ci yerdə qərarlaşıb.

İndekslər üzrə reytinqə görə, Azərbaycan makroiqtisadi mühit üzrə 10-cu, əmək bazarlarının effektivliyi görə 30-cu pillədə yer alıb.

Dünyanın ən rəqabəqabiliyyətli ölkəsi ötən dəfə olduğu kimi, İsveçrə olub. Liderlər beşliyinə həmçinin Sinqapur, ABŞ, Almaniya və Niderland daxildir.

Keçmiş Sovet İttifaqı məkanında lider əvvəlki iki ildə olduğu kimi, 30-cu yeri tutan Estoniya olaraq qalır. Reytinqin yuxarı orta hissəsində Azərbaycanla yanaşı, Polşa (41), Qazaxıstan (42), Latviya (44) yer alıb.
 



Baxış sayı: 667

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024