12px13px15px17px
Tarix:30/09/15

Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətlərindən istifadə sayı 2 dəfə artıb

2015-ci ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 1 mln 800 mindən çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü il müqayisədə 2 dəfə artıqdır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri DSMF-nin Samuxda keçirdiyi “Açıq qapı günü”-vətəndaş forumunda fondun əməkdaşı Azəri Məmmədov səsləndirib. 
 
Onun sözlərinə görə, bu günlərdə isə Dövlət Sosial Müdafiə Fondu  növbəti – “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətləri ilə bağlı təqdimat mərasimi keçirib.
 
A.Məmmədov qeyd edib ki, bu elektron xidmətlər vasitəsi ilə hüquqi şəxslərin (kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları istisna olmaqla), fiziki şəxslərin (fərdi sahibkarlar istisna olmaqla) uçotunu, eləcə də sosial sığorta şəhadətnaməsinin dublikatının verilməsini elektron qaydada həyata keçirmək mümkündür. Bu xidmətlər interaktiv olmaqla yanaşı xidmətlərdən istifadə ödənişsizdir və onlardan istifadə kağız daşıyıcılarından istifadə ilə yanaşı vaxt itkisinin aradan qalxmasına, eyni zamanda şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.
 
CAHANGİR



Baxış sayı: 472

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024