12px13px15px17px
Tarix:30/09/15

İsveçrədə Azərbaycanın İKT strategiyasından danışılacaq

Azərbaycanın İKT strategiyası haqda İsveçrədə məlumat veriləcək. Belə ki, Luqano şəhərində keçiriləcək konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, akademik Rasim Əliquliyev “Neft strategiyasından İKT strategiyasına: nailiyyətlər və perspektivlər” adlı məruzə ilə çıxış edəcək.
 
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-dən 12-dək İsveçrənin Luqano və İtaliyanın Milan şəhərlərində səfərdə olacaq.
 
Məqsəd “Milan Ekspo-2015” tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzi ilə birgə elmi-populyar konfrans təşkil etməkdir.
 
Səfərdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, həmin idarənin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev də iştirak edəcəklər.
 
AMEA-nın rəhbəri, akademik Akif Əlizadənin sözügedən tədbirdə Akademiyanın 70 illik yubileyinə həsr olunmuş “Food-Life-Science” adlı təqdimatla çıxışı nəzərdə tutulub. Tədbirin davamı olaraq Luqano meriyasının dəvəti ilə akademik A.Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti adıçəkilən şəhərdə keçiriləcək konfransda iştirak edəcək. Konfransda akademik Rasim Əliquliyev  sözügedən məruzə, Adil Əliyev isə “Azərbaycanda Palçıq vulkanları fenomeni” adlı məruzə ilə çıxış edəcək.
 
 
Qeyd edək ki, bu il mayın 1-də açılan və 145 ölkənin qatıldığı beynəlxalq sərgidə Azərbaycanın pavilyonu 1800 kvadrat metr sahəni əhatə edir.
 
Milli pavilyonumuzda Azərbaycan simaları, elmi nailiyyətlər, bölgə mətbəxləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, təbii ehtiyatlara qənaət və digər mövzulardan bəhs edilir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 457

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024