12px13px15px17px
Tarix:01/10/15

ABŞ Çin ilə birlikdə kosmik layihədə iştirak etmək niyyətindədir

ABŞ Avropa Kosmik Agentliyinin vasitəçiliyi sayəsində ilk dəfə olaraq Çin ilə birlikdə beynəlxalq kosmik layihəsində iştirak etməyi planlaşdırır.

ABŞ Kosmik Agentliyinin (NASA) heliofizika şöbəsinin rəhbəri Stiven Klarkın dediyinə görə, söhbət Yerətrafı orbitə 2021-ci ildə buraxılacaq günəş küləyinin tədqiqi üçün elmi aparatın yaradılmasından gedir.
 
"Bu, Çin və ABŞ arasında ikitərəfli əməkdaşlıq deyil. Bu, ABŞ-ın iştirakı ilə Avropa Kosmik Agentliyi və Çin arasında əməkdaşlıqdır", - o bildirib. S.Klarkın sözlərinə görə, agentlik Çin mütəxəssisləri ilə deyil, Avropa mütəxəssisləri ilə əməkdaşlıq edir. "NASA"-nın Çin ilə əməkdaşlığı hərbi və ikili təyinatlı texnologiyaların sıza bilməsi ehtimalına görə ABŞ konqresi tərəfindən qadağan olunub.
 
"NASA" nümayəndəsi vurğulayıb ki, layihə günəş küləyinin təsirinin öyrənilməsi üçün aparat yaratmaq istəyən Avropa Kosmik Agentliyi və Çin Elmlər Akademiyası tərəfindən hazırlanıb. Zond ABŞ alimlərinin iştirakının gözlənildiyi dörd cihazla təchiz ediləcək. "Solar wind Magnetosphere Ionosphere Link Explorer" (SMILE) adlanan aparatın orbitə çıxarılması üçün Avropa raketdaşıyıcısından istifadə nəzərdə tutulur. Ötən həftə S.Klark layihəni Avropa Kosmik Agentliyinin Niderlandın Nordveyk şəhərində yerləşən mərkəzində avropalı həmkarları ilə müzakirə edib.
 
Onun sözlərinə görə, noyabrda Avropa Kosmik Agentliyi və Çin Elmlər Akademiyası məsələ ilə bağlı son qərar qəbul edəcək, - "TASS" yazır. 




Baxış sayı: 395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024