12px13px15px17px
Tarix:01/10/15

“Startup İstanbul” konfransı işə başlayıb

Bu gün İstanbulda "Startup İstanbul" konfransı çərçivəsində ikigünlük treninqlər başlayıb.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, treninqlərdə  seçilmiş 100 ən yaxşı startapçı iştirak edir. İki gün ərzində startapçılar ən yaxşı təlimçilərlə işləmək imkanı əldə edirlər.

Bu il oktyabrın 1-5 tarixində keçiriləcək  "Startup İstanbul" konfransında bu sahədə fəaliyyət göstərən 2 min nəfərin, o cümlədən, 500-dən yuxarı İT şirkətinin, 200-dən çox VCS və sərmayədarın iştirak edəcəyi, eləcə də də,  100-dən yuxarı  startapın təqdim ediləcəyi gözlənilir.

Ən yaxşı startapların Asiya, Avropa və ABŞ-dan olan vençur investorlarının və iş adamlarının köməkliyi ilə reallaşdırılması üçün imkan yaradılacaq.
 

Aynur Vəliyeva
 



Baxış sayı: 486

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024