12px13px15px17px
Tarix:02/10/15

Azərbaycan İtaliyada keçiriləcək “Rəqəmli cəmiyyət və e-dövlətlər-2016” 10-cu beynəlxalq konfransın Proqram komitəsində təmsil olunacaq

Azərbaycan  İtaliyada keçiriləcək “The Tenth International Conference on Digital Society and eGovernments – ICDS 2016” - “Rəqəmli cəmiyyət və elektron dövlətlər-2016” 10-cu beynəlxalq konfransın Proqram komitəsində təmsil olunacaq.
 
Belə ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov konfransın Proqram komitəsinə üzv seçilib. Bu barədə məlumat verən İTİ-dən bildirilib ki, konfrans 24-28 aprel 2016-cı il tarixlərdə Venesiyada təşkil olunacaq.
 
 
Konfransın Təşkilat Komitəsindən isə qeyd edilir ki, müzakirə olunacaq bütün mövzular sənaye və tədqiqat qrupları üçün açıqdır.
 
Konfransın mövzularına “Rəqəmli cəmiyyət kontekstində elektron hökumətin xidmətləri”, “Rəqəmli əlverişlilik”, “Vətəndaşa yönəldilmiş yüksək effektli texnologiyalar”, “İnternet və veb-xidmətlər”, “Elektron ticarət və elektron biznes”, “Vətəndaşa yönəldilmiş rəqəmli sübutlar”, “İstehlakçıya yönəldilmiş qurğular və xidmətlər”, “İntellektual hesablama”, “Şəbəkə və telekommunikasiya”, “Təhlükəsizliyin təmin olunması və müdafiəsi üçün “eDefense”, “Müdaxilələrin qarşısının alınması və aşkarlanması sistemləri”, “Veb imkanlar”, “İdarəetmə və nəzarət”, “Rəqəmli analiz və emal”, “Mobil qurğular və biotexnologiyalar”, “Rəqəmli cəmiyyətin etibarlılığı üçün proqram təminatı və sistemləri”, “İstehlakçıya yönəldilmiş rəqəmli dizayn”, “Sosial şəbəkə”, “eCollaboration” üçün dəstək və əlavələr” , “Kiberqanunvericilik” və s. istiqamətlər daxildir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024