12px13px15px17px
Tarix:03/10/15

Dünyada monitorlar üçün ilk 8K formatında panel yaradılıb

«Japan Display» monitorlar üçün «8K» formatlı ilk panel buraxıb.
 
 
«8K» formatında panel
 
 
«Japan Display» şirkəti dünyada ilk dəfə masaüstü kompüter monitorları üçün  7680x4320 təsvir ölçüsünə malik 17,3 düymlük maye kristal panel hazırlayıb ki, bu da «Full HD» ilə müqayisədə 16 dəfə, «4K» ilə müqayisədə 4 dəfə yüksəkdir. Sözügedən panel 7-10 oktyabr 2015-ci il tarixində Yaponiyada keçiriləcək «CEATEC» sərgisində təqdim ediləcək.
 
 
 
510 ppi piksel
 
 
7680x4320 piksel («8K») və 17,3 düymlük diaqonala malik maye kristal panelin təsvir ölçüsü 510 ppi təşkil edir. Müqayisə üçün, «Apple iPhone 6s» smartfonunda ekranın təsvir ölçüsü 326 ppi təşkil edir.
 
 
İstehsalçı «8K» formatında panelin tədarükünə start tarixini açıqlamayıb.
 
 
«Japan Display» şirkətinin nümayəndəsi bildirib ki, hələ ki televizorlarda «8K» panelini tətbiq etmək tezdir. Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin «yol xəritəsi»nə əsasən, yalnız 2018-ci ildə «8K» formatında kommersiya televiziya yayımının tətbiqi planlaşdırılır.
 
 
 
Dünyanın ilk «8K» televizoru
 
Bundan əvvəl Yaponiyanın «Sharp» şirkətinin nümayəndəsi bildirib ki, 2015-ci il oktyabrın sonunda dünyada ilk «8K» televizorunun satışına başlamağı planlaşdırırlar. 7680x4320 piksel təsvir ölçüsünə malik «Sharp LV 85001» modeli 16 milyon yen (təxminən 133 min dollar) məbləğinə satılacaq.
 
 
Emil Hüseynov




Baxış sayı: 293

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Fevral 2020

18/02/20
“Google” ictimai yerlərdə ödənişsiz “Wi-Fi” layihəsinin fəaliyyətini dayandırır

“Google” şirkəti ictimai yerlərdə ödənişsiz “Wi-Fi” xidmətinin fəaliyyətini dayandırıb. Layihənin bağlan

18/02/20
Britaniya havanın proqnozlaşdırılması üçün superkompüterin alınmasına 1,6 milyard dollar ayırıb

Böyük Britaniya hökuməti müxtəlif hava və iqlim dəyişikliklərinin daha dəqiq proqnozlaşdırılması

18/02/20
“Mastercard” Avropada Kibertəhlükəsizlik Mərkəzi yaradıb

“Mastercard” şirkəti Belçikada yerləşən Avropa mənzil-qərargahı əsasında yeni Kibertəhlükəsizlik Mərkəzi

18/02/20
Yeni nəsil elastik robotlar olduqları yeri toxunuşla müəyyənləşdirəcəklər

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri yeni nəsil elastik robotlara olduqları yeri toxunuşla h

17 02 2020

17/02/20
Mürəkkəb yaraları sağaltmaq üçün “ağıllı” sarğı hazırlanıb

Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya çatdırılması üçün simsiz işləyən

17/02/20
“Apple” növbəti nəsil “iPhone” smartfonlarını öz “5G” antena modulu ilə təchiz etmək niyyətindədir

Çoxsaylı şayiələrə görə, “Apple” cari ildə “Snapdragon X55” modemi əsasında işləyən və beşinci

17/02/20
Süni intellektə hərbi dronların idarə edilməsi öyrədiləcək

ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları süni intellektə hərbi pilotsuz uçan aparatlar donanmasını i

17/02/20
“Chrome” brauzeri üçün 500-dən çox təhlükəli genişlənmə aşkar edilib

“Chrome” brauzeri üçün “Chrome Web Store”dən milyon dəfələrlə yüklənmiş 500-dən çox genişlə

17/02/20
Yeni bilərzik istifadəçinin ətrafındakı mikrofonların səsini batırır

Çikaqo Universitetinin alimləri istifadəçinin ətrafındakı mikrofonların səsini batıran yeni bilərzik

17/02/20
“Huawei” kommersiya sirlərinin oğurlanmasında ittiham edilir

ABŞ Ədliyyə Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinə qarşı yeni ittihamlar irəli sürüb.

17/02/20
Yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

ABŞ Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanmış yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

17/02/20
Britaniya “EuroHPC” layihəsini tərk edib

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə “EuroHPC” Panavropa layihəsini tərk edib.

17/02/20
Lazerlər internetin sürətini min dəfə artıracaq

Lids və Nottingem universitetlərinin tədqiqatçıları teraherslik kvant kaskad lazerin idarə olunması sahəs