12px13px15px17px
Tarix:05/10/15

Araşdırma: yoxsul və varlı insanlar sosial şəbəkədə fərqli davranış xüsusiyyətlərinə malikdirlər

«PLOS ONE» jurnalında dərc edilmiş elmi işə istinad edən «Daily Mail» nəşri yazır ki, ABŞ və böyük britaniyalı alimlər yaşayış səviyyəsi müxtəlif olan insanların internetdəki davranışını araşdırıblar.
 
«ICTnews.az» saytı «belta.by» saytına istinadən yazır ki, mütəxəssislər «Twitter» sosial şəbəkəsində 5 mindən çox insan tərəfindən yazılmış 10 milyondan çox tviti təhlil ediblər. Tədqiqatın nəticələrinə görə, internetdə davranış xüsusiyyətlərinin əsas hissəsi yaş və cinsdən asılıdır.

Məsələn, məlum olub ki, daha yüksək əməkhaqqı alanlar internetdə çox vaxt qəzəb nümayiş etdirir.
 
Həmçinin məlum olub ki, yoxsul insanlar internetdə çox vaxt şəxsi problemlər haqda danışır, halbuki zəngin insanlar iş, siyasət və ictimai təşəbbüs məsələlərini daha çox müzakirə edirlər. Təhqiredici sözlərdən daha çox kasıblar istifadə ediblər.
 
Tədqiqatçılar belə nəticə çıxarıblar ki, aşağı gəlirli insanlar üçün sosial şəbəkələr daha çox dar çərçivədə ünsiyyət üçün vasitədir, amma varlı insanlar üçün sosial şəbəkələr xəbərləri yaymaq və peşəkar məsələləri həll etmək üsuludur.
 
Emil Hüseynov



Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024