12px13px15px17px
Tarix:06/10/15

2016-cı ilə planşet bazarında ilk dəfə mənfi dinamika müşahidə olunacaq

«Strategy Analytics» tədqiqat şirkətinin məlumatına görə, 2011-2012-ci illərdə planşet kompüterlərin tədarükü müvafiq olaraq 311 və 123 faiz yüksəlib. Lakin 2013-cü ildə bu göstərici 33, bir il sonra 7 faizədək azalıb.
 
 
 
İndi ekspertlər planşet seqmentində mənfi dinamikaya keçidi proqnozlaşdırır: gözləntilərə görə, cari ildə istehsalçılar ötən illə müqayisədə 4 faiz az planşet istehsal edəcək. Lakin analitiklər təxmin edirlər ki, artıq 2016-cı ildə planşetlərin tədarükü yenidən 7 faiz yüksələ bilər.
 
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, mütəxəssislərin fikrincə, korporativ sektoru ələ keçirməyə çalışaraq planşet kompüterlərinin imkanlarını genişləndirmiş «Apple», «Samsung» və «Microsoft» şirkətlərinin səyi nəticəsində artım bərpa oluna bilər.
 
 
 
İstehlakçıların məlumatına istinad edən ekspertlər bildirir ki, yaxın bir neçə ildə əvvəllər satın alınmış yüz milyonlarla planşet o qədər köhnələcək ki, onların yenilənməsinə ehtiyac yaranacaq.
 
 
Mütəxəssislər təxmin edir ki, nəticədə alıcılar çıxarılıb-taxılan ekranlara malik hibrid qurğular satın alacaq, son zamanlar sonuncunun dəyəri ucuzlaşıb.
 
 
 
Emil Hüseynov
 



Baxış sayı: 481

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024