12px13px15px17px
Tarix:06/10/15

Bakıda İT-də Qadınlara Dəstək Konfransı keçiriləcək

Bakıda oktyabrın 13-də ADA-da İT-də Qadınlara Dəstək Konfransı keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, konfrans “Oracle" Akademiyasının Azərbaycan ACM/ACM-W Bölməsi ilə birlikdə təşkil edilib.
 
Konfrans öz peşəkar həyatlarında elm, texnologiya, mühəndislik və riyaziyyatla təmasda olan qadın və qızları dəstəkləmək və həvəsləndirmək üçün keçirilir.
 
Tədbir çərçivəsində görkəmli qadın liderlərin çıxışları, İT bilik və bacarıqları genişləndirilməyə imkan verən "Oracle" Akademiyasının yaratdığı şərait, yardımlaşma mühiti yaratmaq üçün həmfikirlərlə ünsiyyət qurmaq imkanı təqdim ediləcək.
 
Tədbir çərçivəsində ADA Universitetinin aparat rəhbəri  Şəfəq Mehrəliyeva, "Oracle" Akademiyası ilə İT-də Qadınlar layihəsinin Strateji Təşəbbüslər üzrə Regional Proqram Meneceri Sinem Kaya, “ASAN Xidmət”in Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar sektorunun müdiri Ulduzə Xəlilova, Türkiyənin "Robincode" şirkətinin  təsisçi və rəhbəri Gözde Erbaz, Azərbaycanda Amerika Ticarət Palatasının  (AMCHAM)  icraçı direktoru Natəvan Məmmədova,  ADA Universiteti İnsan Resursları üzrə mütəxəssisi Aytən Məmmədova məruzələrini təqdim edəcəklər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 536

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024