12px13px15px17px
Tarix:07/10/15

“Azərkosmos” ASC-yə baş kommersiya direktoru təyin olunub

Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC Den Radunu Satış və Marketinq departamentinin direktoru vəzifəsinə təyin edib.
 
Qeyd edək ki,  Den ötən 20 il ərzində peyk sənayesinin liderlərindən olan “Intelsat”, “EMC2” və “Cisco” kimi şirkətlərdə idarəetmə və satış sahəsində geniş təcrübəyə yiyələnib, “Deutsche Telekom”, “Discovery Communications” və s. peyk və media sahəsində ixtisaslaşmış  qurumlarda bir çox layihələrin uğurla icrasına öz töhfəsini verib. Köhnə nəsil kabel texnologiyaları, müasir peyk və media əməliyyatları sahələrində  təcrübəsi olan Den “Azərkosmos”un uzunmüddətli inkişaf strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.
 
“Azərkosmos  Deni yüksək texniki təcrübəyə malik olması və kommersiya sahəsində əldə etidiyi  uğurları əsas tutaraq Satış və marketinq departamentinin rəhbəri kimi mühüm bir vəzifəyə təyin edib. Ən əsası,  onun  müştəri yönümlü olması “Azərkosmos”un dəyərləri ilə tam uyğunluq təşkil edir. Məhz bu keyfiyyət Dan Radunun baş kommersiya direktoru vəzifəsinə təyin olunması qərarına təsir edən əsas amil olub”- deyə “Azərkosmos”un sədri Rəşad Nəbiyev bildirib.
 
Hazırda DTH, media və genişzolaqlı informasiya ötürülməsi üçün nəzərdə tutulmuş tətbiqlərə  artan tələbatı nəzərə alaraq,  “Azərkosmos” ikinci telekommunikasiya peyki “Azerspace-2” vasitəsilə özünün regional strategiyası və peyk tutum həcmini daha da gücləndirməyi planlaşdırır.  Den Radu şirkətin hədəflədiyi yeni regionlarda cəlb olunacaq yeni müştərilərin tələbatlarını daha yaxşı başa düşməkdə “Azərkosmos”a yardımçı olacaq. Qeyd edək ki, “Azerspace-2” peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
 
Den “Azərkosmos”da satış və marketinq departamentinə rəhbərlik edəcək və “Azərkosmos”un Bakıda yerləşən qərargahında fəaliyyət göstərəcək.
 



Baxış sayı: 817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024