12px13px15px17px
Tarix:08/10/15

ABŞ şirkətləri hər il kiberhücumlarla mübarizəyə 15 milyon dollar xərcləyir

“HP Enterprise Security” şirkətinin dəstəyi ilə "Ponemon Institute” mərkəzinin mütəxəssisləri tərəfindən keçirilən tədqiqatdan məlum olub ki, ABŞ şirkətlərinin kiberhücumlarla mübarizədə üzləşdikləri illik maliyyə itkilərinin həcmi hər təşkilat üçün orta hesabla 15 milyon dollar təşkil edir.


Son 6 il ərzində kibercinayətkarlıq müəssisələrə ildən-ilə 20 faiz çox ziyan vurur. Ekspertlər ştatı min nəfərdən az olmayan təşkilatların təhlilini apardıqdan sonra bu qənaətə gəliblər.
 
ABŞ şirkətləri hazırda kiberhücumlarla mübarizəyə 2009-cu illə müqayisədə 82 faiz çox vəsait sərf edir. Bu il maliyyə xərcləri müəssisədən asılı olaraq 1,9-65 milyon dollar arasında dəyişib. Ekspertlər müəyyənləşdiriblər ki, hücumun aradan qaldırılması nə qədər uzun çəkirsə, bir o qədər o təşkilata baha başa gəlir. 46 günə qarşısı alınmayan hücumlar 1,9 milyon dollar qiymətləndirilir.   
 
 
Şirkətlər daha çox hücumun aşkarlanmasına və sistemin hücumdan sonra bərpasına xərcləyir. Bu isə müəssisənin bütün daxili xərclərinin 55 faizinə bərabərdir. İnformasiya oğurluğunun nəticələri ilə mübarizə üçün kənar xərclərin 42 faizi, insident baş verdikdən sonra biznesin bərpasına isə 36 faiz sərf edilir. Daha çox vəsaitin sərf olunduğu hücum xidmətin göstərilməsini sıradan çıxaran hücum hesab edilir. Məhz bu tip hücum şirkətlərin ümumilikdə kibercinayətkarlıqla mübarizəyə sərf etdikləri xərclərin 50 faizini təşkil edir.
 
 
Ekspertlər qeyd edirlər ki, təşkilat rəhbərləri işə daha çox informasiya təhlükəsizliyi mütəxəssislərini qəbul etməyə və təhlükəsizlik sistemlərinə vəsaitlər yatırmağa başlayıblar.
 
 
Qeyd olunur ki, yüksəkixtisaslı informasiya təhlükəsizliyi mütəxəssisləri kiberhücumlar üçün xərcləri 2,1 milyon dollaradək azalda bilərlər, - "SecurityLab” yazır.



Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024