12px13px15px17px
Tarix:08/10/15

Aya ilk özəl missiyanın göndərilməsi 2017-ci ildə gözlənilir

İsrailin “SpaceIL” korporasiyası ABŞ-ın "Spaceflight Industries” şirkəti ilə Aya kosmik aparatın “SpaceX Falcon 9” raketdaşıyıcısı vasitəsilə çıxarılmasına dair saziş imzalayıb.  
 
“SpaceIL” aparatının "Falcon 9” raketdaşıyıcısında kosmosa tək göndərilməsi nəzərdə tutulmur. Belə ki, xüsusi kapsulda aparatdan başqa bir neçə peyk olacaq. Kapsul raketdaşıyıcısından ayrılan kimi “SpaceIL” aparatı Ay səthinə yönəldiləcək.
 
“SpaceIL” nəzərdə tutulan layihəni həyata keçirə bilsə, o, Ay səthinə eniş edən azsaylı ölkələr sırasına qoşulacaq. Hazırda bu ölkələrə Rusiya, ABŞ və Çin aiddir.
 
Özəl investorlar tərəfindən maliyyələşdirilən “SpaceIL” qeyri-kommersiya təşkilatıdır. Sərmayədarlar indiyədək layihənin həyata keçirilməsi üçün 50 milyon dollar xərcləyiblər.
 
"XPRIZE” müsabiqəsində qələbə yatırılan vəsaitlərin bir qismini qaytara bilər. Lakin müsabiqədə qalib gəlmək üçün özəl şirkət aparatı uğurla Aya çıxarmalı və Ay səthində minimum 500 metr məsafə qət etməli, daha sonra yerin video və fotoşəkillərini yüksək təsvir ölçüsündə Yerə ötürməlidir. Aya missiyanın 31 dekabr 2017-ci ilədək həyata keçirilməsi planlaşdırılır, - "Hi-Newsyazır.



Baxış sayı: 519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024